Oxuyun

Oxuyun

Saytımızda Müqəddəs Kitabı oxuya bilərsiniz

Saytımızda Müqəddəs Kitabı oxuya bilərsiniz.

Dinləyin

Dinləyin

Mahnılar, dərslər...

İndi internet radiomuzu dinləyə bilərsiniz. Təzliklə saytımızda mahnılar və ruhani dərslər də olacaq.

Baxın

Baxın

Bu maraqlı kinolara baxasız

Təzliklə cürbəcür kinolara baxa bilərsiniz.

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.

Məhəmmədin hekayəsi (Nigeriya)

Məhəmməd

Məhəmməd Fuliani qəbiləsindən olub 6 yaşından inək otarmağa başlamışdı. O, on il ərzində bu işlə məşğul oldu və sonra o, Quranı oxumaq üçün ərəb dilində dini məktəbə getdi. Məhəmməd İslam barəsində öz atasından eşitmişdi.

Bir neçə il oxuduqdan sonra o, öz evinə qayıtdı. Bir gecə o, çox qorxulu bir yuxu gördü. Yuxuda o, yol kənarında əzab çəkən insanları gördü və sonra bir qapıdan keçdi və bəzi adamlar onu tutub döydülər və sonra onu çox isti bir otağa salib qapısını bağladılar. O otaq o qədər isti idi ki, onun bədəni soyulub tökülürdü. O qışqırıb qapını açmağa çalışırdı ki, bu anda yuxudan oyandı. Həmin gecə o yata bilmədi. Növbəti gecə o başqa bir yuxu gördü. Bu yuxuda o başqa bir yolla gedirdi və o, çürüyən bədənləri görürdü. O yenə də həmin qapıya gəlib çıxdı, yenə də döyülüb həmin isti otağa salındı. Onun bədəni istidən əriyib tökülürdü, birdən ağ paltarlı bir adam otağda peyda oldu. Birdən otaq soyudu və onu döyən adamlar yox oldular. O ağ paltarlı adam əlini Məhəmmədə uzadıb dedi: “Oğlum, sən burda nə edirsən? Səni evinə aparmağımı istəyirsənmi?” Bir anın içində o, öz evlərinə qayıtdı və ağ paltarlı adam ona belə dedi: “Səni sevirəm, oğlum.”

 

 İki həftə sonra o daha başqa bir yuxu gördü. Yuxuda Məhəmməd kolun içində idi və onun qarşısında dərin bir çuxur var idi və oradan necə keçəcəyini bilmirdi. O bu dərin çuxura baxanda qorxdu, düşündü ki, ora düşüb ölə bilər. Ona qara paltar geymiş bir adam yaxınlaşıb dedi ki, arxadan bir şir gəlir və şir ona çatmamış gərək özünü bu dərin çuxura atasan. Məhəmməd o şirin nəriltisini eşidirdi. O, elə tullanmaq istəyirdi ki, birdən o ağ paltar geymiş adam yenə də peyda oldu və dedi: “Oğlum, hara gedirsən?” Bu anda şirin nəriltisi kəsildi və qara geyimli adam yox oldu. Məhəmməd ona dedi ki, evə gedirəm. O adam Məhəmmədin onun köməyinə ehtiyacı olub olmadığını soruşdu. O adam ayağını dərin çuxurun üzərinə uzatdı və o çuxur dərhal bağlandı və Məhəmmədə dedi ki, əks tərəfə keçib evə getsin. Onlar Məhəmmədin evinə yaxınlaşanda ağ paltarlı adam ona dedi: “Oğlum, səni sevirəm.”

Növbəti altı ay ərzində Məhəmməd buna bənzər başqa yuxular da gördü. Hər dəfə də, harda olmağından asılı olmayaraq, həmin ağ paltarlı adam gəlib ona kömək edirdi. Bir yuxuda Məhəmməd özünü bir ağacın altında oturub kitab oxuduğunu gördü, amma o, oxuduğunu başa düşmürdü. Bu zaman ağ paltar geymiş adam onun yanında durdu və Məhəmməddən nə oxuduğunu soruşdu. O da bilik əldə etməyə çalışdığını dedi. O adam bir kitab götürüb dedi: “Bu kitab Rəbdəndir və içində Allahın xəbəri var. Bu kitabda sənə kömək edəcək ayəni sənə göstərəcəyəm”. O adam kitabdan Yəhya 14:6-nı oxudu: “Yol, həqiqət və həyat mənəm. Mənim vasitəçiliyim olmadan heç kim Atanın yanına gələ bilməz.”

Məhəmmədin yuxularının sonu necə qurtardığını və onunla danışan o ağ paltarlı adamın kim olduğunu bilmək istəyirsinizsə, saytımızda yerləşdirdiyimiz “Adi röya deyil” filmində Məhəmmədin həyatını daha dəqiqliklə izləyə bilərsiniz.