Oxuyun

Oxuyun

Saytımızda Müqəddəs Kitabı oxuya bilərsiniz

Saytımızda Müqəddəs Kitabı oxuya bilərsiniz.

Dinləyin

Dinləyin

Mahnılar, dərslər...

İndi internet radiomuzu dinləyə bilərsiniz. Təzliklə saytımızda mahnılar və ruhani dərslər də olacaq.

Baxın

Baxın

Bu maraqlı kinolara baxasız

Təzliklə cürbəcür kinolara baxa bilərsiniz.

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.

Xosrovun hekayəsi (İran)

Xosrov

Hələ uşaq ikən Xosrov həyatın “mənası nədir” deyə düşünərdi. Ətrafında hər şey onda sual yaradırdı. Niyə çiçəklərin rəngi var? Ulduzlardan arxada daha nələr var? Biz öləndən sonra haraya gedəcəyik? Amma bu suallara heç kim dəyərincə cavab verə bilmədiyindən Xosrov ruh duşkünlüyünə düşdü.

Bir dəfə o Assuriya məbədinin yanından keçirdi və bəzi suallarına cavab tapmaq ümidilə içəri daxil olmağı qərara aldı. Orada yalnız bir neçə yaşlı qadın və bir də ona bir qutu kitab verən yaşlı pastor var idi. Kitablar hamısı Fars dilində idi və onların arasında bir İncil kitabını tapib onu əvvəldən axıra kimi oxudu.

 

 Amma təkcə bu kitabı oxumaqla suallarına cavab tapmaqdan qane olmadı  və məyus halda kitabları otağın bir küncünə atdı. Bu vaxt görüntüdə bir adam ona göründü. O, əllərini Xosrova doğru uzadıb dedi: “Əllərimdən tut və hər şey əbədi olaraq dəyişəcəkdir.” Xosrov onun əllərindən tutdu və onun təsvir etdiyi kimi sanki bir elektrik cərəyanı onun daxilindən keçdi. O, dizüstə çöküb hönkürtü ilə elə ağladı ki, onun səsinə valideynləri qaçıb onun otağına gəldilər. Onlar oğullarının neçə illərdən bəri birinci dəfə belə ağladığını görəndə mat qaldılar.

Sonralar Xosrov yenidən həmin o Assuriya məbədinə gedib ona kitab verən pastora gördüklərini danışdı. Neçə illər keçdikdən sonra o, Rəbbin şagirdi kimi böyüdü və nəhayət özü pastor oldu. Amma İranda məsihçilərə qarşı olan təqibə görə Xosrov, arvadı və iki uşağı ilə birgə Türkiyəyə qaçmalı oldu. Təqiblər və çətinliklər Türkiyədə də var idi, amma Xosrov və onun həyat yoldaşı dözüm və məhəbbətlə insanları xilas edirdilər.

Xosrov və ailəsi ölkədən yenə də qaçmağa məcbur oldular, amma  buna qədər Xosrov  Türkiyədə bir çox məbədlər açmışdı. Bu dəfə onlar özlərinə sığınacaq yerini Avstriyada tapmışdılar. Onlar Türkiyədən Bosniyaya uçdular, oradan da piyada gecə vaxtı sürüşkən dağlardan keçməli oldular. Çaydan keçərkən Xosrovun oğlu Yusif atasını da öz dalıyca dartaraq sürüşüb buzlu suya düşdü. Çay dərin və axın sürətli idi. Xosrovun dərin qaranlıq sularda oğlunu axtarması əbəs yerə idi. Birdən onu həyat yoldağı da onlara kömək etmək üçün özünü suya atdı, amma o batmağa başladı.

Xosrovun başına gələn bu hadisələrin necə qurtarmasını bilmək üçün siz saytımızda yerləşdirdiyimiz “Adi röya deyil” filmindən Xosrovun həyatını tam izləyə bilərsiniz.