Xəlilin hekayəsi (Misir)

Xəlil

Xəlilin hələ uşaq yaşlarından Allah Kəlamına qarşı məhəbbəti olduğuna görə o, dini kitablar oxumağa ayələr əzbərləməyə öyrəşmişdi. Lakin o getdikcə daha da qatı dindar olurdu və onda  məsihçilərə qarşı kəskin nifrət hissi yaranırdı və nəhayət o, bir gün məsihçilərə və məbədlərə hücum edən radikal terrorist qrupuna qoşuldu. Onun fikrincə məsihçilər onun ən qatı düşməni idi.

 

Bu işinə görə Xəlil yerli hakimiyyət orqanları tərəfindən həbs olundu və iki il həbsxanada qaldı. Həbsdən çıxandan sonra Xəlil və onun qrupu belə qərara gəldilər ki, məsihçilərlə mübarizəni intelektual səviyyədə aparsınlar. Buna görə də Xəlil öz qrupunda İncili oxuyub onun düzgün olmadığını sübut edən bir kitab yazmaq üçün seçildi. Bu onun ən xoşlamadığı bir iş idi.

Nəhayət Xəlil İncili tam oxuyub qurtaranda çaşıb qaldı, çünki o, bu kitabda yazılanların nə səhv nə də ki, dəyişilmiş olduğunu aşkar etdi. O, Müqəddəs Kitabda İsa Peyğəmbərin həyatında əks olunan bağışlamaq və məhəbbət barədə oxuyarkən çox heyran oldu.

Bir gün Xəlilin Allah haqqında öz fikirlərini qeyd etdiyi vərəqləri, İncil və pasportu olan çantasını oğurladılar. Buna görə Xəlil çox narahat oldu və evə gəlib diz üstə çökərək Allaha yalvardı ki, ona kömək etsin. O düşünürdü ki, yəqin Allah, yazdıqlarına görə ona qəzəblənib. O, Allaha yalvarıb dedi: “Bilirsən ki, ey Allah Səni sevirəm, mənim istəyim odur ki, mənə düzgün yolu göstərəsən.”

Həmin gecə Xəlil çox rahat yatdı. Röyada bir kişi ona yaxınlaşıb dedi ki, axtardığın Odur. Xəlil bilmirdi ki, o adam kimdir. O kişi Xəlilə dedi ki, Müqəddəs Kitaba baxsın. Xəlil kitabının və bütün kağızlarının itdiyini dedi. O kişi isə Xəlilə dedi: “Kitab heç vaxt itməz. Ayağa qalx və dolabı aç, kitabı orda tapacaqsan. İtirdiyin qalan şeylər isə bu həftə sənə veriləcək.”

Xəlil yuxudan oyanıb dolabı açdı və onun Müqəddəs Kitabı orada idi. Xəlil başa düşdü ki, yuxuda gördüyü o adam İsa peyğəmbər imiş. Həmin gecə o durub tez anasının yanına getdi və anasını yuxudan oyadıb neçə illər ərzində anasına qarşı kobud olduğuna görə onu bağışlamağı xahiş etdi.

Bu maraqlı hekayəni tam təsvir etmək istəyirsinizsə, bizim Xoş Xəbər saytında onu izləyə bilərsiniz.