Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 118

1Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!2Qoy İsraillilər belə desin:«Çünki məhəbbəti əbədidir!»3Harun nəsli belə desin:«Çünki məhəbbəti əbədidir!»4Qoy Rəbdən qorxanlar belə söyləsin:«Çünki məhəbbəti əbədidir!»5Sıxıntı içində Rəbbi çağırdım,Cavab verib məni genişliyə çıxartdı.6Rəbb mənimlədir, heç qorxmaram. İnsan mənə nə edə bilər?7Rəbb mənimlədir, mənə yardım edər,Mənə nifrət edənlərin aqibətini görəcəyəm.8Rəbbə pənah gətirməkİnsana güvənməkdən yaxşıdır.9Rəbbə pənah gətirməkƏsilzadələrə güvənməkdən yaxşıdır.10Bütün millətlər məni mühasirəyə aldılar,Rəbbin ismi ilə onları qırdım.11Hər tərəfdən məni mühasirəyə aldılar,Rəbbin ismi ilə onları qırdım.12Arılar tək məni mühasirəyə aldılar,Lakin kol-kos kimi alışıb tez söndülər,Rəbbin ismi ilə onları qırdım.13Möhkəm təzyiq altında yıxılmağıma az qalmışdı,Lakin Rəbb imdadıma çatdı.14Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi!15Salehlərin çadırlarından zəfər nidası yüksəlir:«Rəbbin sağ əli qüdrətli işlər göstərir!16Rəbbin sağ əli necə əzəmətlidir!Rəbbin sağ əli qüdrətli işlər göstərir!»17Ölməyib sağ qalacağam,Rəbbin işlərini bəyan edəcəyəm.18Rəbb mənə möhkəm cəza verdi,Amma məni ölümə təslim etmədi.19Salehlik darvazalarını üzümə açın,Qoy oradan keçib Rəbbə şükür edim.20Bu, Rəbbin darvazasıdır,Oradan saleh insanlar keçəcək.21Ya Rəbb, Sənə şükür edirəm,Çünki cavab verərək məni xilas etmisən!22Bənnaların rədd etdiyi daş Guşədaşı olub.23Bu, Rəbbin işi idi,Gözümüzdə xariqəli bir işdir.24Bu günü Rəbb yaratdı,Onda sevinib şadlıq edək!25Aman, ya Rəbb, bizi qurtar! Aman, ya Rəbb, bizə uğur göndər!26Rəbbin ismi ilə gələnə alqış olsun! Sizə Rəbbin evindən xeyir-dua veririk.27Rəbb Allahdır, O, üzərimizə nur saçdı,Qurbangahın buynuzlarına bayram qurbanını bağlayın.28Allahım Sənsən, Sənə şükür edəcəyəm!Allahımsan, Səni yüksəldəcəyəm!29Rəbbə şükür edin, ona görə ki yaxşıdır,Çünki məhəbbəti əbədidir!