Müqəddəs Kitab

Flash Needs to be Turned On

Yeşaya fəsil 40

1Allahınız deyir:«Təsəlli verin xalqıma, təsəlli verin!2Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin!Əsirlik dövrünün qurtarmasını,Təqsirlərinin əvəzinin verilməsini,Bütün günahlarına görə Rəbbin əlindənİkiqat cəza aldıqlarını onlara bəyan edin».3Nida edənin səsi gəlir:«Səhrada Rəbbin yolunu hazırlayın,Çöldə Allahımızın keçəcəyi yerləri hamar edin.4Hər dərə yüksəldiləcək,Hər dağ və təpə aşağı endiriləcək,Yoldakı əyriliklər düzələcək,Kələ-kötür yerlər hamar ediləcək.5Rəbbin əzəməti aşkar olunacaq,Bütün bəşər bunu birlikdə görəcək».Bu sözlər Rəbbin ağzından çıxıb.6Səs deyir: «Bəyan et!»«Nəyi bəyan edim?» deyə soruşdum.«Bütün bəşər ota bənzər,Onun bütün gözəlliyi çöl çiçəyi kimidir.7Rəbb nəfəsini üzərinə üfürəndəOt quruyar, çiçək solar,Həqiqətən, bu xalq ota oxşar.8Ot quruyar, çiçək solar,Amma Allahımızın sözü əbədi qalar».9Ey Siona müjdə gətirən, yüksək dağa çıx!Ey Yerusəlimə xoş xəbər gətirən,Ucalt səsini, car çək,Qaldır səsini, qorxma.Yəhuda şəhərlərinə de:«Budur Allahınız!»10Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir,O, qüdrətlə hökm edəcək,Mükafatı Onunladır,Ənamı önündədir.11O Öz sürüsünü çoban kimi otaracaq,Quzuları qucağına alacaq, sinəsində gəzdirəcək,Sağmal heyvanların qayğısını çəkib otaracaq.12Kim dənizləri ovcu ilə,Göyləri qarışı ilə ölçüb?Yerin torpağını ölçü ilə,Dağları qapanla,Təpələri tərəzi ilə kim çəkib?13Rəbbin Ruhuna kim yol göstərdi?Ona kim məsləhətçi olub öyrətdi?14Ağıl öyrənmək üçün O kimdən məsləhət alıb?Ədalət yolunu kimdir ona göstərən?Kimdir Rəbbə bilik verən?Kimdir Ona dərrakə yolunu anladan?15Rəbb üçün millətlər vedrədə bir damla su kimidir,Tərəzidə toz zərrəsi kimi sayılar,Budur, adaları da toz kimi göyə sovurar.16Qurbanları yandırmaq üçünLivan meşəsi kifayət deyil,Yandırma qurbanlar üçün oradakı heyvanlar bəs deyil.17Rəbbin önündə bütün millətlər heçdir,Bu Onun önündə heçdən də az, boş sayılar.18Bəs onda Allahı kimə bənzədərsiniz?Onu nəyə oxşadarsınız?19Bütəmi? Onu usta tökür,Zərgər qızılla örtür,Gümüş zəncirlərlə bəzəyir.20Belə təqdimi gətirə bilməyən yoxsul adamÇürüməyən bir ağac seçər,Məharətli usta tapar ki,Yerindən tərpənməyən büt düzəltsin.21Məgər siz bilmirsiniz?Məgər eşitməmisiniz?Başlanğıcdan bəri bunu sizə bildirmədilərmi?Dünyanın təməli qoyulduqdan bəri bunu dərk etmədinizmi?22Rəbb göy qübbəsinin üstündə oturur,Yer üzündə yaşayanlar çəyirtkə kimidir.Göyləri tül pərdə kimi açır,Onları yaşamaq üçün çadır kimi qurur.23Rəbb padşahları heç edər,Dünya hökmdarlarını heçə endirər.24Onlar yenicə basdırılan, yenicə əkilən,Gövdələri yenicə kök salan ağaclara bənzəyər.Üzərlərindən Rəbbin küləyi əsəndə quruyarlar,Qasırğa onları saman çöpü kimi sovurar.25«Bəs Məni onda kimə bənzədərsiniz ki,Mən ona oxşayım?»Deyir Müqəddəs Olan.26Başınızı göylərə qaldırıb baxın:Bunları kim yaratdı?Rəbb göy cisimlərini sıraya düzüb çıxarar,Onların hamısını adları ilə çağırar.Bol qüvvəsinə, böyük qüdrətinə görəOnlardan heç biri əskik olmaz.27Ey Yaqub nəsli, ey İsrail!Nə üçün «Rəbb başıma gələnləri bilmir,Allahım mənim haqqıma diqqətsizlik edir?»Deyib gileylənirsən?28Məgər sən bilmirsən?Məgər eşitməmisən?Rəbb əbədi Allahdır,Odur bütün dünyanı yaradan.Nə yorulur, nə taqətdən düşür,Onun ağlı dərkedilməzdir.29O, yorğunlara güc verər,Taqətsizlərin qüvvətini artırar.30Hətta cavanlar yorular, taqətdən düşər,İgidlər əldən düşüb titrəyər.31Rəbbə ümid bağlayanlarsaYeni qüvvət alar,Qanad açıb qartal kimi yüksəklərə uçar,Qaçanda taqətdən düşməzlər,Yol gedib yorulmazlar.