Müqəddəs Kitab

Flash Needs to be Turned On

Yeşaya fəsil 53

1Xəbərimizə kim inandı,Rəbbin gücü kimə zahir oldu?2O, Rəbbin önündə bir fidan kimi,Quru torpaqda bitən kök kimi böyüdü.Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi,Gözümüzü oxşayan zahiri siması da yox idi.3Adamlar ona həqarətlə baxıb rədd etdi.O, dərdli, xəstəlikləri görən insan idi,Adamlar ondan üz döndərdi, xor baxdı.Biz ona qiymət vermədik.4Əslində xəstəliklərimizi o çəkdi,Dərdlərimizi öz üzərinə götürdü.Biz isə onun Allah tərəfindən cəzalandırıldığını,Vurulub iztirab çəkdiyini zənn etdik.5Bizim üsyankarlığımıza görə onun bədəni deşildi,Şər əməllərimiz naminə əzildi,Bizim əmin-amanlığımız üçün o cəza aldı,Onun yaraları ilə biz şəfa tapdıq.6Hamımız qoyun kimi yolu azmışdıq,Hər birimiz öz yolumuzla gedirdik.Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu.7Ona zülm etdilər,O iztirab çəkdi, amma ağzını açmadı.Kəsilməyə aparılan quzu kimi,Qırxımçıların qabağında dilsiz qoyun kimiAğzını açmadı.8Ədalətsizliklə məhkum olunaraq ölümə aparıldı.Onun nəsli haqqında kim düşünə bilərdi?Axı xalqımın üsyankarlığına görəO edam olundu, dirilər arasından atıldı.9O heç bir zorakılıq etmədiyi,Ağzından yalan söz çıxmadığı haldaQəbri pis adamların yanında quruldu,Dövlətli adamın yanında dəfn olundu.10Amma Rəbb Özü onun bu iztirablarını istədi,Çəkdiyi əziyyətlər Onun iradəsi idi.Öz canını təqsir qurbanı təqdim edərsə,Nəsil görəcək, ömür uzadacaq.Rəbbin istəyi onun əli ilə uğur qazanacaq.11O çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq,Mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq,Onların şər əməllərinin yükünü üzərinə götürəcək.12Buna görə Mən ona böyük adamların arasında pay verəcəyəm.O, qəniməti güclülərlə böləcək.Çünki o, canını fəda etdi,Üsyankarlara tay tutuldu.Çox adamların günahını üzərinə götürdü,Üsyankarlardan ötrü yalvardı.