Müqəddəs Kitab

Flash Needs to be Turned On

Yeşaya fəsil 11

1Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, Kökündən çıxan bir budaq bar verəcək.2Rəbbin Ruhu,Hikmət və anlayış ruhu,Öyüd-nəsihət və qüdrət ruhu,Bilik və Rəbb qorxusu ruhuOnun üzərində olacaq.3O, Rəbb qorxusunda sevinc tapacaq.Gözlərinin gördüyü ilə hökm etməyəcək,Qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq.4Lakin o, yoxsullara haqq ilə hökm edəcək, Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq.Dünyanı ağzının dəyənəyi ilə vuracaq.Pis adamları ağzının nəfəsi ilə öldürəcək.5O, belini salehliklə qurşayacaq, Sədaqəti kəmər kimi taxacaq.6O gün qurdla quzu bir yerdə yaşayacaq, Bəbirlə çəpiş birgə yatacaq,Dana, gənc aslan və bəslənmiş mal-qaraYan-yana duracaq,Onları balaca uşaq gəzdirəcək.7İnəklə ayı bir yerdə otlayacaq,Onların balaları bir yerdə yatacaq,Şir də buğa tək saman yeyəcək.8Südəmər körpə əfi ilanınYuvası üstündə oynayacaq,Süddən kəsilmiş uşaqƏlini gürzənin yuvasına salacaq.9Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək,Heç bir kəs o birisini məhv etməyəcək.Çünki sular dənizi bürüdüyü kimiDünya Rəbbin biliyi ilə dolacaq.10O gün Yesseyin kökü xalqlara bayraq olacaq, Millətlər ona tərəf yönələcəkMəskunlaşdığı yer izzətlə dolacaq.11O gün Xudavənd Aşşurdan,Misirdən, Patrosdan, Kuşdan,Elamdan, Şinardan, Xamatdan və uzaq diyarlardanXalqının sağ qalanlarını qurtarmaq üçünİkinci dəfə əlini uzadacaq.12Millətlər üçün bayraq qaldıracaq,Əsir düşmüş İsrail övladlarını yığacaq,Dağılmış YəhudalılarıDünyanın dörd bucağından bir yerə gətirəcək.13Efrayimin qısqanclığı yox olacaq,Yəhudanı sıxışdıranlar məhv olacaq.Efrayim Yəhudaya qısqanmayacaq,Yəhuda Efrayimi sıxışdırmayacaq.14Onların ikisi qərbdə Filiştlilərin üstünə hücum edəcək,Birlikdə şərqdə yaşayanların var-dövlətini qarət edəcək,Edom və Moav torpaqlarını zəbt edəcək,Ammonlular onlara tabe olacaq.15Rəbb Misirdəki dənizin körfəzini Büsbütün qurudacaq.Fərat çayının üzərindəƏlini yellədərək səmum küləyi gətirəcək,O, çayı yeddi dərəyə böləcək,Adamlar oradan çarıqlarla keçə biləcək.16İsrail övladları Misir torpağından çıxdığı kimiRəbbin Aşşurda sağ qalan xalqı üçünBöyük bir çıxış yolu olacaq.