Cizgi filmləri

Musa

İbrahimin oğlu İshaqdan Yaqub doğuldu. Yaqubun on iki oğlundan isə İsrail xalqı yarandı. İsrail xalqı o vaxt fironun hökm sürdüyü bir vaxtda Misirdə qul kimi yaşayırdı. Fironun öz allahları, bütləri var idi və o, İsrail xalqının artmasını dayandırmaq üçün dəhşətli bir əmr verdi. Bu əmrə əsasən İsrail xalqının körpə oğlan uşaqları məhv olmalıdır. Bu əmr icra edilməyə başlayanda son dərəcə gözəl olan körpə Musanın anası övladını çox gizlədə bilməyəcəyini anlayaraq öz körpəsi üçün çıxış yolu düşünür. Körpə Musanı səbətin içinə qoyub Nil çayına buraxır. İçərisində körpə olan səbət çayın axarı ilə gəlib fironun qızının evinə çıxır. Fironun qızı körpəni səbətdən götürüb ona Musa adını verir və onu öz oğlu kimi böyüdür və Musa fironun ailə üzvü kimi tərbiyə alır. İllər keçir və Musa öz xalqına necə kömək edəcəyini düşünür. Amma onun bu planları boşa cıxır və nəhayət o, fironun qorxusundan Misirdən səhraya qaçır. Səhrada o, bir qəbiləyə rast gəlib onlarla yaşayır və sonra qəbilə kahininin qızı ilə evlənir.

Bir gün Musa dağda yanan bir kol görür və bu ona çox maraqlı görünür. Kola yaxınlaşanda Rəbb Allah Musa ilə danışaraq onu geriyə Misirə İsrail xalqını oradan çıxarmaq üçün göndərəcəyini buyurur. Amma Musa özünə əmin deyildi, ona görə də Allahla mübahisə edərək onun dil qüsuru olduğunu bildirir. Rəbb Allah isə ona əlamət olaraq Musanın əlindəki çomağın ilana çevrilməsini göstərir.

Musa Misirə qayıdıb İsrail xalqının oradan çıxmasını firona bildirir, amma firon Musanın Allahını tanımır və İsrail xalqını buraxmayacağını bildirir.

Fironun inadkarlığına görə Rəbb Allah Misirin üstünə on cəza göndərir. Ən axırıncı cəza isə ölüm cəzası idi. Nəhayət bu cəzadan sonra firon İsrail xalqını buraxır və onlar tez bir zamanda Misiri tərk edib Qırmızı dənizə doğru yola düşürlər.

Qəzəbli firon birdən qərara gəlir ki, İsrail xalqına çatıb onların hamısını yolda məhv etsin. İsrail xalqının tarixində baş vermiş bu ən böyük möcüzəli hadisənin necə baş verdiyini izləmək üçün saytımızda yerləşdirdiyimiz "Musa" cizgi filminə baxa bilərsiniz.

Rut

İsrail torpağında başlayan aclıq Elimeleki ailəsi ilə birgə başqa bir yad ölkəyə getməyə vadar edir. Elimelek arvadı Naomi və iki oğlu ilə birgə bir müddət o yad ölkədə yaşadılar. Sonra Elimelek xəstələnib öldü. Bu ailə üçün böyük itki idi və indi Naomi öz həyatının mənasını öz iki oğlunda görürdü. Bir müddət sonra oğulları o yad ölkənin qızları ilə evləndi və bir müddət belə yaşadılar. Bir gün Naominin oğulları xəstələndi və hər ikisi xəstəlikdən öldü. Bu Naomi üçün böyük dərd idi, indi onu bu ölkədə qalmaq üçün heç nə saxlamırdı və bir gün Naomi dul qalmış gəlinlərinə öz ata evlərinə qayıtmasını təklif edir. Özünün də öz ölkəsinə qayıdacağını bildirir. Gəlinlərindən biri onunla vidalaşıb öz ata evinə qayıtdı, o biri isə Naomi ilə birgə gedəcəyini, onunla birgə qalacağını bildirir. Naomi gəlninin fikrinin qəti olduğunu biləndə ona mane olmadı. Naomi gəlni Rut ilə birgə öz ölkəsinə qayıtdı. İndi onun ölkəsində daha aclıq yox idi, amma Naomi və Rutun yeməyə heç nələri yox idi. Moavlı Rut orda olan zəmilərə başaq yığmağa gedir. O, təsadüfən Naominin uzaq qohumu Boazın zəmisinə gəlib çıxır.

Rut yadelli olduğuna görə ona hörmət etmirdilər, amma Boazın ona rəhmi gəlir və öz işçilərinə buyurur ki, onun zəmisində onu heç kim incitməsin. Rut həmin gün yerə düşən başaqları yığır və evə gələndə baş verənləri qayınanasına danışır. Naomi onun Boazın zəmisinə gedib işləməsinə görə çox şad olur. Naomi öz gəlnini çox sevirdi və onun ailə xoşbəxtliyi üçün can atırdı.

Əlbəttə Naominin düşündüyü plan bizim üçün çox qəribə görünə bilər, amma o vaxt belə bir plan İsrail xalqının adətinə uyğun idi. Rut öz ailəsini, ata evini və ölkəsini unudub tamamilə yad bir ölkəyə gəldi və İsrailin Allahı ona xeyir-dua verdi.

İbrahim

İbrahim və sevimli arvadı Sara artıq yaşa dolmuşdu, amma hələ də onların övladı yox idi. Bir gün Rəbb Allah İbrahimə öz ata evini tərk edib Kənan torpaqlarına getməsini buyurur. İbrahimin Allaha imanı güclü idi, o bilirdi ki, Rəbbin onun üçün xüsusi niyyəti var. Beləliklə, İbrahim arvadı Sara və qardaşı oğlu Lut ilə birlikdə Kənan torpaqlarına üz tutdular. Səhrada gedərkən onlar müxtəlif çətinliklərlə üzləşirlər.

Bir gün Rəbb Allah yenə də İbrahimlə danışaraq ona deyir: "Sənin nəslin göydəki ulduzlar və yerdəki qum qədər çox olacaq."

İbrahimin Allaha imanı nə qədər böyük olsa da bu möcüzəyə inanmaq onun üçün çətin idi.

Bir neçə il sonra Saranın qarabaşı Həcərdən İbrahimin oğlu İsmayıl doğuldu. Rəbb Allah verdiyi vədi yaddan çıxarmamışdı.    

Nəhayət bir gün İbrahimin Saradan vəd olunmuş oğlu İshaq doğuldu. İbrahimin övladları böyüyürdü və o, oğullarına baxıb sevinirdi.

Bir gün Rəbb Allah yenə də İbrahimlə danışdı. Bu dəfə Rəbbin buyurduğu İbrahimi dəhşətə saldı. Allah ona, oğlu İshaqı qurban gətirməsini əmr etmişdi. İbrahim üçün bunu etmək çox çətin idi, amma o, Allaha itaətkar olub oğlunu qurban gətirməyi qərara alır.

İbrahim öz oğlunu Allaha necə qurban gətirməsini və bu hadisənin necə qurtarmasını bilmək istəyirsinizsə, bizim saytda yerləşdirdiyimiz cizgi filmlərindən "İbrahim" cizgi filmini secib baxa bilərsiniz.

Yunus peyğəmbər

Yunus peyğəmbərin həyatı başqa peyğəmbərlərdən fərqlidir. Hamı Yunus peyğəmbəri nəhəng balığın qarnında olmasına görə tanıyır. Allah Yunusa  əmr etmişdi ki, Nineva şəhərinə gedib orada yaşayanlara qarşı car çəkərək günahlarına görə  Allahın oranı məhv etmək niyyətini bildirsin. Amma Yunus inadkarlıq edib Ninevaya deyil, Tarşişə getməyi qərara alır. Allahın əmrinə tabe olmadığına görə Yunus gəmi ilə gedərkən fırtına başlayır və nəhayət o, nəhəng balığın qarnına düşür.

Bunu təsəvvür etmək çətindir, amma bu həqiqətən də Yunus peyğəmbərin başına gəlmiş hadisənin nə ilə qurtaracağını  bilmək üçün saytımızda Yunus cizgi filminə baxa bilərsiniz.

Ümidvarıq ki, bu cizgi filminə baxandan sonra sizə də Rəbb nəsə buyurduqda Yunus kimi inadkar deyil, əksinə itaətkar olacaqsınız.

İlyas peyğəmbər

İlyas peyğəmbər həqiqətən də Allaha itaətkar bir insan idi. Onun yaşadığı dövrdə İsrail xalqına Baal bütünə sitayiş edən bir padşah rəhbərlik edirdi. İlyas peyğəmbərsə camaatı cansız bütlərə deyil, diri olan Rəbb Allaha səcdə etməyə cağırırdı. İlyas Allaha imanında güclü idi, o dua etdi ki, 3 il yağış yağmasın və elə də oldu. Üç il ərzində yağış yağmadı və o vilayətdə böyük aclıq baş verdi. İlyas padşahdan qaçaraq Kerit vadisində gizləndi. Orada qalarkən o, vadidəki sudan içdi və qarğaların gətirdiyi ət və çörəklə qidalandı. İlyas üç ildən sonra yenə dua etdi, Rəbb göyləri açdı və yağış yağmağa başladı. İlyas bütpərəst Axav padşahın yalançı peyğəmbərlərinin və bütün xalqın gözü önündə Rəbb Allaha dua etdi və Allah göydən alov göndərib kəsilmiş qurbanı yandırıb yox etdi. Beləliklə, hamı gördü ki, İlyasın səcdə etdiyi Allah həqiqi diri Allahdır.

Yusif

Öz yuxuları ilə qardaşlarında qısqanclıq hissi yaradan Yusif, İshaqın oğullarından ona ən sevimlisi idi. Atası İshaq onu o biri qardaşlarından daha çox sevdiyinə görə ona xüsusi əlvan paltar tikdirmişdi. Qardaşlarındakı qısqanclıq hissi o qədər artdı ki, bir gün onlar Yusifi öldürmək qərarına gəldilər. Amma qardaşlarından biri onu öldürməkdənsə uzaq bir ölkəyə gedən tacirlərə qul kimi satmağı təklif edir. Yusif öz qardaşları tərəfindən satılıb Misirə gətirildi və o, Potifarın evində işləməyə başladı. Rəbb Allah Yusiflə idi və gördüyü hər işdə ona uğur qazandırırdı. Potifarın arvadı Yusifə şər ataraq onu zindana saldırır, amma buna baxmayaraq Yusif yenə də Allaha sadiq qalmağında davam edir. Zindanda olarkən məhbusların yuxusunu yozur və onun yuxu yozumu düz çıxır və nəhayət onun Allahdan olan bu ənamı barədə xəbər Misir paşdahı Firona çatır.

Zindanda məhbus olan Yusifin Misirdə Firondan sonra ikinci adam vəzifəsinə necə yüksəlməsini daha ətraflı bilmək üçün saytımızda yerləşdirdiyimiz Yusif cizgi filmini izləyə bilərsiniz.