Rut

İsrail torpağında başlayan aclıq Elimeleki ailəsi ilə birgə başqa bir yad ölkəyə getməyə vadar edir. Elimelek arvadı Naomi və iki oğlu ilə birgə bir müddət o yad ölkədə yaşadılar. Sonra Elimelek xəstələnib öldü. Bu ailə üçün böyük itki idi və indi Naomi öz həyatının mənasını öz iki oğlunda görürdü. Bir müddət sonra oğulları o yad ölkənin qızları ilə evləndi və bir müddət belə yaşadılar. Bir gün Naominin oğulları xəstələndi və hər ikisi xəstəlikdən öldü. Bu Naomi üçün böyük dərd idi, indi onu bu ölkədə qalmaq üçün heç nə saxlamırdı və bir gün Naomi dul qalmış gəlinlərinə öz ata evlərinə qayıtmasını təklif edir. Özünün də öz ölkəsinə qayıdacağını bildirir. Gəlinlərindən biri onunla vidalaşıb öz ata evinə qayıtdı, o biri isə Naomi ilə birgə gedəcəyini, onunla birgə qalacağını bildirir. Naomi gəlninin fikrinin qəti olduğunu biləndə ona mane olmadı. Naomi gəlni Rut ilə birgə öz ölkəsinə qayıtdı. İndi onun ölkəsində daha aclıq yox idi, amma Naomi və Rutun yeməyə heç nələri yox idi. Moavlı Rut orda olan zəmilərə başaq yığmağa gedir. O, təsadüfən Naominin uzaq qohumu Boazın zəmisinə gəlib çıxır.

Rut yadelli olduğuna görə ona hörmət etmirdilər, amma Boazın ona rəhmi gəlir və öz işçilərinə buyurur ki, onun zəmisində onu heç kim incitməsin. Rut həmin gün yerə düşən başaqları yığır və evə gələndə baş verənləri qayınanasına danışır. Naomi onun Boazın zəmisinə gedib işləməsinə görə çox şad olur. Naomi öz gəlnini çox sevirdi və onun ailə xoşbəxtliyi üçün can atırdı.

Əlbəttə Naominin düşündüyü plan bizim üçün çox qəribə görünə bilər, amma o vaxt belə bir plan İsrail xalqının adətinə uyğun idi. Rut öz ailəsini, ata evini və ölkəsini unudub tamamilə yad bir ölkəyə gəldi və İsrailin Allahı ona xeyir-dua verdi.