İbrahim

İbrahim və sevimli arvadı Sara artıq yaşa dolmuşdu, amma hələ də onların övladı yox idi. Bir gün Rəbb Allah İbrahimə öz ata evini tərk edib Kənan torpaqlarına getməsini buyurur. İbrahimin Allaha imanı güclü idi, o bilirdi ki, Rəbbin onun üçün xüsusi niyyəti var. Beləliklə, İbrahim arvadı Sara və qardaşı oğlu Lut ilə birlikdə Kənan torpaqlarına üz tutdular. Səhrada gedərkən onlar müxtəlif çətinliklərlə üzləşirlər.

Bir gün Rəbb Allah yenə də İbrahimlə danışaraq ona deyir: "Sənin nəslin göydəki ulduzlar və yerdəki qum qədər çox olacaq."

İbrahimin Allaha imanı nə qədər böyük olsa da bu möcüzəyə inanmaq onun üçün çətin idi.

Bir neçə il sonra Saranın qarabaşı Həcərdən İbrahimin oğlu İsmayıl doğuldu. Rəbb Allah verdiyi vədi yaddan çıxarmamışdı.    

Nəhayət bir gün İbrahimin Saradan vəd olunmuş oğlu İshaq doğuldu. İbrahimin övladları böyüyürdü və o, oğullarına baxıb sevinirdi.

Bir gün Rəbb Allah yenə də İbrahimlə danışdı. Bu dəfə Rəbbin buyurduğu İbrahimi dəhşətə saldı. Allah ona, oğlu İshaqı qurban gətirməsini əmr etmişdi. İbrahim üçün bunu etmək çox çətin idi, amma o, Allaha itaətkar olub oğlunu qurban gətirməyi qərara alır.

İbrahim öz oğlunu Allaha necə qurban gətirməsini və bu hadisənin necə qurtarmasını bilmək istəyirsinizsə, bizim saytda yerləşdirdiyimiz cizgi filmlərindən "İbrahim" cizgi filmini secib baxa bilərsiniz.