Müqəddəs Kitab

Flash Needs to be Turned On

Yeşaya fəsil 54

1«Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu,Ey doğuş ağrısı çəkməyən qadın!Çünki atılmış qadının övladlarıƏrli qadının övladlarından çox olacaq»,Bunu Rəbb deyir.2«Çadırının yerini genişləndir,Məskənlərinin örtüklərini uzat,Çəkinmə, ipləri uzat, payaları vur.3Çünki sağa və sola səpələnəcəksən,Nəslin millətlərə yiyələnəcək,Viran qalmış şəhərlərdə məskunlaşacaq.4Qorxma, çünki utanmayacaqsan,Ruhdan düşmə, çünki rüsvay olmayacaqsan.Cavanlığın xəcalətini unudacaqsan,Bir daha dulluğun rüsvayçılığınıYadına salmazsan».5Çünki sənin ərin səni Yaradandır,Onun adı Ordular Rəbbidir.Səni Satınalan İsrailin Müqəddəsidir,O bütün dünyanın Allahı adlanır.6Allahın deyir:«Rəbb səni çağırırAtılmış və ruhu əzilmiş,Gənc yaşında ərə getmiş,Sonra isə rədd olunmuş bir qadın kimi.7Bir anlığa səni tərk etdim,Amma böyük rəhmlə geri qəbul edəcəyəm.8Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim,Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm».Bunu səni Satınalan, Rəbb deyir.9«Bu Mənim üçün sanki Nuhun dövründə baş verən daşqındır, Nuhun dövründəki daşqının sularıBir daha yer üzünü örtməyəcəyi barədə necə and içmişdimsə,İndi də and içirəm ki,Sənə qəzəblənməyəcəyəm, səni məzəmmət etməyəcəyəm.10Dağlar yerini dəyişsə də,Təpələr sarsılsa da,Sənə olan məhəbbətim dəyişməz,Sülh əhdim sarsılmaz».Bunu sənə rəhm edən Rəbb deyir.11«Ey tufana düşmüş, Təsəlli tapmamış yazıq şəhər!Sənin daşlarını əqiqlərlə,Təməlini göy yaqutlarla qoyacağam.12Qüllələrini yaqutdan,Darvazalarını ləl-cəvahirdən,Divarlarını qiymətli daşlardan hörəcəyəm.13Bütün övladlarını Mən Rəbb öyrədəcəyəm, Onlar tam sülh içində olacaq.14Salehliyində möhkəmlənəcəksən,Zülmdən uzaq olacaqsan, qorxmayacaqsan.Qorxu hissi səndən uzaq olacaq, sənə yaxınlaşmayacaq.15Sənə hücum edən olsa, bil ki, bu Məndən deyil,Sənə hücum edən hər kəsQarşında yerə yıxılacaq.16Budur, odda kömürü körükləyən,Öz məqsədi üçün silah hazırlayanDəmirçini Mən yaratdım.Məhv etmək üçün qırıcını da Mən yaratdım.17Sənə qarşı işlənənHeç bir silah işə yaramayacaq.Məhkəmədə səni təqsirləndirənHər kəsi təqsirkar çıxaracaqsan.Rəbbə qulluq edənlərin irsi belədir.Onların salehliyi Məndən gəlir».Bunu Rəbb bəyan edir.