Müqəddəs Kitab

Flash Needs to be Turned On

Yeşaya fəsil 58

1«Avazla çığırın, çəkinməyin,Səsinizi şeypur səsi kimi ucaldın,Xalqıma üsyankarlığını,Yaqub nəslinə günahlarını bildirin!2Onlar hər gün Məni axtarır,Mənim yolumu öyrənməkdən zövq alır.Sanki bu əməlisaleh,Allahının hökmündən ayrılmayan millət imiş.Onlar Məndən düzgün hökmlər diləyirdi,Allaha yaxınlaşmaqdan zövq alırdı.3Onlar belə deyir:“Oruc tutduğumuzu nə üçün görmürsən,Özümüzü aşağı tutanda,Sən niyə fikir vermirsən?”Baxın, oruc tutduğunuz günSiz istədiyinizi edirsiniz,Bütün işçilərinizi sıxışdırırsınız.4Baxın, orucunuzu savaşma ilə,Dava ilə, yumruqla, döyməklə keçirirsiniz.Səsinizi ucalara çatdırmaq üçünBugünkü kimi sizə oruc tutmaq olmaz.5İstədiyim oruc, insanın özünü aşağı tutduğu gün belə olmalı idimi?Bu, qamış kimi başınızı əyib,Əyninizə çul geyib, kül üstündə oturmağınızdırmı?Bunamı oruc və Rəbbə məqbul olan gün deyirsiniz?6Mənim istədiyim orucsaHaqsızlığın buxovlarını qırmaq,Boyunduruğun iplərini açmaq,Sıxıntı içində olanları azad etmək,Hər cür boyunduruğu məhv etmək deyilmi?7Yediyiniz çörəyi acla bölüşdürmək,Yurdsuz kasıbları evinizə gətirmək deyilmi?Mənim istədiyim oruc bu deyilmi?Çılpaq görəndə geyindirmək,Yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi?8Onda nurunuz şəfəq kimi saçacaq,Tezliklə şəfa tapacaqsınız,Qarşınızda salehliyiniz gedəcək,Rəbbin izzəti sizə arxa olacaq.9O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək.Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək. Əgər siz boyunduruğu,Yəni başqalarına zülm etməyiniziAranızdan rədd etsəniz,Barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz,10Can-dildən acların qayğısına qalsanız,Fəqirlərin ehtiyaclarını ödəsəniz,Nurunuz qaranlıqda parlayacaq,Qaranlığınız günorta işığı kimi nur saçacaq.11Rəbb həmişə sizə yol göstərəcək,Quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək.Siz də sulanmış bağça kimi,Suları heç vaxtı əskilməyənBulaq kimi olacaqsınız.12Sizdən törənənlər qədim dağıntıları tikəcək,Nəsillərdən qalma təməllərin üstünüSiz bərpa edəcəksiniz.Sizə xarabalıqları bərpa edənlər,Camaatın yaşaması üçünKüçələri yenidən quranlar deyiləcək.13Şənbə günündə büdrəməsəniz,Müqəddəs günümdə istədiyinizi etməsəniz,Şənbə gününü “şən gün”,Rəbbin müqəddəs gününü“Şərəfli gün” adlandırsanız,Öz yolunuzla getməməklə,İstədiyinizi əldə etməməklə,Boşboğazlıqla məşğul olmamaqla,O günü əziz tutsanız,14Rəblə ünsiyyətdən zövq alacaqsınız.O zaman Mən sizi yer üzününYüksək yerlərinə çıxaracağam,Atanız Yaqubun payından dadacaqsınız».Bu sözlər Rəbbin ağzından çıxıb.