Müqəddəs Kitab

Flash Needs to be Turned On

Luka fəsil 1

1 Hörmətli Teofil, çoxları aramızda baş vermiş hadisələrin tarixçəsini yazmağa cəhd göstərib.2Əvvəldən bəri Kəlamı öz gözləri ilə görənlər və Ona xidmət edənlər bu hadisələri bizə nəql etdiyi kimi3mən də əvvəlcədən hər şeyi diqqətlə araşdırıb bunları sənə ardıcıllıqla yazmağı münasib bildim.4Belə ki sən öyrəndiyin şeylərin doğru olduğunu biləsən. 5Yəhudeya padşahı Hirodun dövründə Aviya bölüyündən olan Zəkəriyyə adlı bir kahin var idi. Arvadı da Harun nəslindən idi, adı Elizavet idi.6Onların hər ikisi Allahın gözündə saleh idi və Rəbbin qoyduğu əmr və qaydaların hamısına nöqsansız əməl edirdilər.7Amma Elizavet sonsuz olduğuna görə onların övladı yox idi. Hər ikisinin yaşı çox idi. 8Bir gün Zəkəriyyə öz bölüyünün növbəsində Allahın önündə kahinlik xidmətini icra edirdi.9Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün kahinlik adətinə görə atılan püşk ona düşdü.10Buxur yandırma zamanı bütün camaat məbəddən kənarda dua edirdi.11Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü.12Zəkəriyyə bunu görüb təlaşa düşdü və çox qorxdu.13Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy.14Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gəlməsinə görə sevinəcək.15Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq.16O, İsrail övladlarının çoxunu Allahı Rəbb tərəfə döndərəcək.17Ataların ürəklərini övladlarına, itaətsiz adamları salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün İlyasın ruhu və qüvvəti ilə Rəbbin önündə gedəcək».18Zəkəriyyə mələyə dedi: «Mən bunu necə bilərəm? Axı mən çox yaşlıyam, elə arvadımın da yaşı ötüb».19Mələk ona cavab verdi: «Mən Allahın önündə dayanan Cəbrayılam və səninlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm.20Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən». 21Bu vaxt camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngiməsinə heyrət edirdi.22O isə məbəddən çıxıb xalqla danışa bilmədi. Onlar da Zəkəriyyənin məbəddə görüntü gördüyünü başa düşdülər. Zəkəriyyə xalqa işarə edirdi və lal olaraq qaldı. 23Zəkəriyyə xidmət vaxtı qurtaranda evinə qayıtdı.24Bu vaxtdan sonra arvadı Elizavet uşağa qaldı və beş ay evindən çıxmadı.25O deyirdi: «Bunu mənim üçün Rəbb etdi. Bu vaxt O mənə nəzər salıb məni el arasında xəcalətdən qurtardı». 26Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə,27Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi.28Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir».29Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı.30Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun.31Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy.32O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək.33O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq».34Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm».35Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq.36Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir.37Çünki Allah üçün mümkün olmayan şey yoxdur».38Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi. 39O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı.40O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı.41Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub42uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır!43Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib?44Bax sənin salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi.45Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!». 46Məryəm isə dedi:47«Qəlbim Rəbbi ucaldır,Ruhum Xilaskarım Allaha görə şadlanır,48Çünki O Öz qulunun yazıq halını gördü.Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq,49Çünki Qadir Olan mənim üçün böyük işlər etdi,Onun adı müqəddəsdir!50Onun mərhəməti də nəsildən-nəsləOndan qorxanlara göstərilər.51O, qolu ilə qüdrətli işlər gördü,Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı.52Hökmdarları taxtlarından endirdi,Məzlumları yüksəltdi.53Acları nemətlərlə doydurdu,Varlıları isə əliboş yola saldı.54Rəbb gulu İsrailin imdadına çatdı,Ata-babalarımıza vəd etdiyi kimiİbrahimə və onun nəslinə əbədilikMərhəmət göstərməyi yada saldı». 55Rəbb gulu İsrailin imdadına çatdı,Ata-babalarımıza vəd etdiyi kimiİbrahimə və onun nəslinə əbədilikMərhəmət göstərməyi yada saldı». 56Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı. 57Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu.58Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər.59Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər.60Körpənin anası isə dedi: «Yox, onun adı Yəhya olacaq».61Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur».62Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular.63O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». Hamı heyrətə gəldi.64Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı.65Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar.66Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi. 67Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi:68«Alqış olsun İsrailin Allahı Rəbbə!Çünki Öz xalqına nəzər salıb onları satın aldı.69O, qulu Davudun nəslindənBizə qüdrətli Xilaskar yetirdi.70Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi71Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi.72Beləcə ata-babalarımıza mərhəmət göstəribÖz müqəddəs Əhdini xatırladı.73Atamız İbrahimə and içdiyi kimiBizə elə güc verdi ki,74Düşmənlərimizin əlindən qurtulubHəyatımız boyu qorxmadan Rəbbin önündəMüqəddəslik və salehliklə Ona ibadət edək.75Düşmənlərimizin əlindən qurtulubHəyatımız boyu qorxmadan Rəbbin önündəMüqəddəslik və salehliklə Ona ibadət edək.76Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan,Çünki Rəbbin önündə gedəcəksən,Onun yolunu hazırlayacaqsan.77Onun xalqına günahlarının bağışlanması iləXilas olunmaları barədə bildirəcəksən.78Axı Allahımızın ürəyi mərhəmətlidir,Onun bu mərhəmətinə görəUcalarda bizim üçün Günəş doğacaq ki,79Zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın,Ayaqlarımızı sülh yoluna yönəltsin». 80Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı.