Müqəddəs Kitab

Flash Needs to be Turned On

Efeslilәrә fəsil 2

1 Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz.2Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz.3Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik. 4Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün5təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz.6Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu.7Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi.8Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.9Əməllərlə deyil ki, heç kim öyünə bilməsin.10Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq. 11Buna görə cismən başqa millətlərdən olan sizlər bir zamanlar kim olduğunuzu yada salın; bədəndə əllə icra olunan sünnətə malik olub «sünnətlilər» deyə tanınanların «sünnətsiz» adlandırdığı sizlər12o vaxt Məsihsiz, İsrail vətəndaşlığından kənar, Allahın vədinə əsaslanan Əhdlərə yad, dünyada ümidsiz və Allahdan məhrum idiniz.13Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz. 14Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı.15Qanunu əmrləri və qaydaları ilə birlikdə ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yaradaraq barışıq təmin etsin16və çarmıx vasitəsilə hər ikisini tək bədəndə Allahla barışdırsın. O, ölümü ilə ədavəti yox etdi.17O gəlib həm uzaqda olan sizlərə, həm də yaxındakılara bu barışdırma Müjdəsini yaydı.18Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik.19Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz.20Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür.21Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır.22Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.