Müqəddəs Kitab

Flash Needs to be Turned On

İbranilәrә fəsil 10

1Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz.2Əks təqdirdə, bu qurbanların təqdim olunmasına son qoyulardı. Çünki ibadət edənlər birdəfəlik təmizlənəndən sonra artıq günahlarına görə vicdan əzabı çəkməzdilər.3Amma bu qurbanlar vasitəsilə insanlar ildən-ilə günahlarını yadlarına salır.4Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür. 5Buna görə Məsih dünyaya gələndə deyir: «Qurban və təqdim istəmədin,Amma Mənə bir bədən hazırladın.6Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi.7O zaman dedim: “Budur, gəlmişəm,Kitab tumarında Mənim haqqımda yazılıb.Ay Allah, Sənin iradəni yerinə yetirim”».8Məsih əvvəl dedi: «Qurban, təqdim, yandırma qurbanı və günah qurbanı istəmədin,Bunlardan xoşun gəlmədi». Bunlar hamısı Qanuna görə təqdim olunur.9Sonra dedi: «Budur, gəlmişəm, Sənin iradəni yerinə yetirim». Yəni, Məsih ikinci Əhdi qüvvəyə mindirmək üçün birincisini ləğv edir.10Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq. 11Hər bir kahin hər gün xidmətini icra edərək əsla günahları aradan qaldıra bilməyən eyni qurbanları dəfələrlə təqdim edir.12Amma Məsih günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Allahın sağında oturdu.13O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir.14Çünki O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi. 15Müqəddəs Ruh da bu haqda bizə şəhadət edir. Çünki əvvəl deyir:16«“O günlərdən sonraOnlarla bağlayacağım Əhd belədir”Rəbb bəyan edir,“Qanunlarımı onların ürəyinə qoyubZehinlərinə yazacağam”».17Sonra deyir: «Günahlarını və qanunsuzluqlarını yada salmayacağam».18Günahların bağışlanması olanda isə artıq günah üçün təqdim etmə yoxdur. 19Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır.20O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır.21Həm də O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir.22Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.23Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir.24Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək.25Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq. 26Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır.27Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb-yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır.28Musanın Qanununu heç sayan adam iki yaxud üç şahidin sözü ilə rəhm edilmədən öldürülür.29Əgər bir nəfər Allahın Oğlunu tapdalayaraq təqdis edildiyi Əhdin qanını adi bir şey sayıb Allahın lütfkar Ruhunu təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq sayılacaq?30Çünki «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm» və yenə də «Rəbb Öz xalqını mühakimə edəcək» deyəni tanıyırıq.31Var olan Allahın əlinə düşmək dəhşətdir! 32Siz əvvəlki günləri xatırlayın. O vaxt Allahın nuru üzərinizə saçandan sonra əzablı, böyük mübarizəyə tab gətirdiniz.33Bəzən təhqir və əziyyətlərə uğrayıb tamaşaya qoyuldunuz, bəzənsə eyni rəftara məruz qalanların dərdinə şərik oldunuz.34Həm də siz məhbusların çəkdiyi əzablara şərik oldunuz, özünüzün daha yaxşı və daimi malınız olduğunu bilərək əmlakınızın talan edilməsini sevinclə qəbul etdiniz.35Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür.36Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var.37Çünki «Bir az müddətdən sonraGələn gələcək, gecikməyəcək.38Amma saleh adamım imanla yaşayacaq.Əgər geri çəkilsə, ondan razı qalmayacağam».39Bizsə geri çəkilib həlak olanlardan deyilik; iman edib canlarının xilasına nail olanlardanıq.