Müqəddəs Kitab

Flash Needs to be Turned On

1 Yәhya fəsil 3

1Görün Ata bizə necə məhəbbət göstərib ki, biz Allahın övladları adlanırıq! Doğrudan da, beləyik! Dünya Onu tanımadığına görə bizi də tanımır.2Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik.3Ona bu cür ümid bağlayan hər kəs O pak olduğu kimi özünü pak edir. 4Günah edən hər kəs Qanunu da pozar, çünki günah Qanunu pozmaqdır.5Siz bilirsiniz ki, Məsih günahları aradan qaldırmaq üçün zühur etdi. Onda günah yoxdur.6Onda qalan hər kəs günahını davam etdirməz. Günahını davam etdirən hər kəs nə Onu görüb, nə də Onu tanıyır. 7Ey övladlar, heç kəs sizi aldatmasın; saleh iş görən şəxs Məsihin saleh olduğu kimi salehdir.8Günahını davam etdirən şəxs iblisdəndir, çünki iblis başlanğıcdan bəri günah edir. Allahın Oğlu buna görə zühur etdi ki, iblisin əməllərini puça çıxarsın.9Allahdan doğulan hər kəs günahını davam etdirməz, çünki Allahın toxumu onda qalır. O, günahını davam etdirə bilməz, çünki Allahdan doğulub.10Kimin Allahın övladı, kiminsə iblisin övladı olması bundan aydın olur: saleh iş görməyən, həmçinin qardaşını sevməyən hər kəs Allahdan deyil. 11Əvvəldən bəri eşitdiyiniz xəbər budur: bir-birimizi sevək.12Şərdən olub qardaşını öldürən Qabil kimi olmayaq. O, qardaşını niyə öldürdü? Ona görə ki öz əməlləri şər, qardaşının əməlləri isə saleh idi.13Beləliklə, qardaşlar, dünya sizə nifrət edirsə, heyrətlənməyin.14Qardaşlarımızı sevdiyimizə görə biz bilirik ki, ölümdən həyata keçmişik. Sevməyənsə ölümdə qalır.15Qardaşına nifrət edən hər kəs qatildir. Bildiyiniz kimi, heç bir qatil özündə qalan əbədi həyata malik deyil.16Məhəbbətin nə olduğunu bundan anladıq ki, Məsih Öz canını bizim üçün fəda etdi. Biz də öz canımızı qardaşlarımız üçün fəda etməliyik.17Əgər kimsə dünya malına sahib olarkən qardaşını ehtiyac içində görüb ona rəhmi gəlmirsə, Allah məhəbbəti onda necə qala bilər? 18Ey övladlar, sözdə və dildə deyil, əməldə və həqiqətdə sevək.19Bununla həqiqətdən olduğumuzu biləcəyik və ürəyimiz bizi məhkum edirsə, ürəyimizi Allahın önündə sakitləşdirəcəyik. Çünki Allah bizim ürəyimizdən üstündür və hər şeyi bilir.20Bununla həqiqətdən olduğumuzu biləcəyik və ürəyimiz bizi məhkum edirsə, ürəyimizi Allahın önündə sakitləşdirəcəyik. Çünki Allah bizim ürəyimizdən üstündür və hər şeyi bilir.21Ey sevimlilər, əgər ürəyimiz bizi məhkum etmirsə, demək, Allahın hüzurunda cəsarətlə danışa bilərik22və Ondan nə diləyiriksə, alırıq. Ona görə ki Onun əmrlərinə riayət edirik və önündə Ona məqbul olan işlər görürük.23Onun əmri də budur ki, biz Onun Oğlu İsa Məsihin adına iman edək və Onun bizə əmr etdiyi kimi bir-birimizi sevək.24Onun əmrlərinə riayət edən şəxs Allahda, Allah da onda qalır. Onun bizdə qaldığını bu yolla, bizə verdiyi Ruh vasitəsilə bilirik.