Müqəddəs Kitab

Flash Needs to be Turned On

Vәhy fəsil 18

1 Bundan sonra göydən enən başqa bir mələyi gördüm. O, böyük səlahiyyətə malik idi. Yer üzü onun ehtişamı ilə işıqlandı.2O, uca səslə nida edib dedi: «Dağıldı! Böyük Babil dağıldı!O, cinlərin məskəni,Hər cür natəmiz ruhun sığınacağı,Hər cür murdar quşun yuvası,Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu.3Çünki bütün millətlərO qadının coşğun əxlaqsızlıq şərabından içdi.Yer üzünün padşahlarıOnunla əxlaqsızlıq etdi.Dünyanın tacirləriOnun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı». 4Mən göydən belə deyən başqa bir səs də eşitdim: «Ey Mənim xalqım, oradan çıxın ki,Onun günahlarına şərik olmayasınız,Onun uğrayacağı bəlalara düçar olmayasınız.5Çünki onun günahları qalaqlanıb göyə çatdı,Allah onun haqsız işlərini yada saldı.6O nə etdisə,Siz də əvəzində ona belə edin.Əməllərinin əvəzini ona ikiqat verin.Tökdüyü kasadakı şərabınİkiqatını töküb ona verin.7Özünü nə qədər izzətləndiribŞəhvətpərəstlik içində yaşadısa,Ona o qədər də işgəncə və yas verin.Çünki ürəyində deyir:“Mən mələkə taxtında oturmuşam,Dul deyiləm, əsla yas tutmayacağam”.8Buna görə də bir günün içindəOnun üstünə bəlalar gələcək,Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq.Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir». 9Onunla əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb ah-nalə edəcəklər.10Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər: «Vay, vay halına, böyük şəhər,Möhkəm şəhər Babil!Çünki bir saat içində cəzan çatdı». 11Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların malını –12qızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı;13darçın, hil, buxur, ətirli yağ və kündürü; şərab, zeytun yağı, narın un və buğdanı; mal-qara, qoyunlar, atlar və arabaları; insan bədənləri və canlarını da artıq heç kəs almır.14Onlar deyirlər: «Ürəyinin arzuladığı bəhrələr əlindən çıxdı,Bütün cah-calallı malların yox oldu.Heç kəs onları bir daha tapmayacaq».15Orada bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanacaq və ağlayıb yas tutaraq deyəcəklər:16«Vay, vay halına,İncə kətan, tünd qırmızı, al rəngliParçalardan paltar geyən,Qızıl, qiymətli daşlar və mirvarilərləBəzənən böyük şəhər!17Çünki bu qədər var-dövlətBir saat içində viran oldu». Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq18onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: «Hansı şəhər bu böyük şəhərə tay ola bilər?»19Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər: «Vay, vay halına,Dənizdə gəmisi olanların hamısınınOranın çox qiymətli malları iləVarlandığı böyük şəhər!Çünki bir saat içində viran oldun».20Ey göylər,Müqəddəslər, həvarilər və peyğəmbərlər,Onun halını bayram edin!Onun sizin üçün çıxartdığı hökmüAllah onun öz başına gətirdi. 21Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi: «Böyük şəhər Babil dəBelə zorakılıqla yıxılacaq,Bir daha görünməyəcək.22Çəng çalanların, müğənnilərin,Tütək və şeypur çalanların səsiArtıq səndən gəlməyəcək.Hər cür sənətlə məşğul olan sənətkarArtıq səndə olmayacaq.Dəyirman səsi dəArtıq səndən gəlməyəcək.23Çıraq işığıArtıq səndə görünməyəcək.Bəy-gəlin sədasıArtıq səndən gəlməyəcək.Çünki sənin tacirlərinYer üzünün böyük adamları idi,Bütün millətlərSənin sehrbazlığınla aldanmışdı.24Peyğəmbərlərin, müqəddəslərin vəYer üzündə kəsilənlərin hamısının qanıO şəhərdə üzə çıxdı».