Flash Needs to be Turned On
1
Yaqub oğullarını çağırıb dedi: «Yanıma toplaşın, gələcəkdə başınıza gələnləri sizə söyləyim:2Ey Yaqub oğulları, yığılıb eşidin,Atanız İsrailə qulaq asın:3Ey Ruven, ilk oğlum,Gücümün və qüdrətimin mənbəyi sənsən.Ləyaqətin hamıdan üstündür,Qüvvətin hamıdan çoxdur.4Amma sən su kimi oynaqsan,Artıq üstün olmayacaqsan.Çünki atanın yatağına giribOnu murdar etdin,Sən döşəyimə çıxdın.5Şimeonla Levi qardaşdır,Qəddarlıq qılıncları ilə silahlanıblar.6Ey qəlbim, onların məclisinə getmə,Ey şərəfim, onların toplantısında olma.Çünki onlar qəzəblənəndə qətl etdilər,Əylənəndə öküzlərin ayaq vətərini kəsdilər.7Lənət olsun vəhşi qəzəblərinə,Lənət olsun qəddar hiddətlərinə.Onları Yaqubda ayıracağam,İsraildə səpələyəcəyəm.8Yəhuda, qardaşların səni mədh edəcək,Düşmənlərin boynu əlində olacaq,Atanın oğulları önündə səcdə edəcək.9Yəhuda bir aslan balasıdır,Ey oğlum, sən şikara çıxandaBir şir kimi yerə əyilirsən,Dişi aslan kimi torpağa yatırsan.Kim səni yerindən qaldıra bilər?10Padşahlıq əsasıYəhudanın əlindən getməyəcək,Hökmdarlıq əsası onun nəslindən itməyəcək;O vaxta qədər ki əsanın Sahibi gələcək.Onda xalqlar Ona itaət edəcək.11Eşşəyini tənəyə,Ulağını ən seçmə bir tənəyə bağlayacaq.Paltarını şərabda,Köynəyini üzümün qızıl qanında yuyacaq.12Gözləri şərabdan da parlaq olacaq,Dişləri süddən də ağ olacaq.13Zevulun isə dəniz kənarında yaşayacaq,Ora gəmilərin limanı olacaq,Ərazisi Sidonun yanınadək uzanacaq.14Qoyun ağılları arasında yatan İssakarBir qüvvətli ulağa oxşar.15O, yaxşı və rahat olan yer,Bir səfalı ölkə görsə,Çiynini yük daşımaq üçün əyər,Mükəlləfiyyətçi qul olar.16Dan İsrail qəbilələrindən biri olubÖz xalqına hökm edəcək.17Dan yol üstündə bir ilan,Cığırda bir gürzə olacaq;Elə bir gürzə ki atın topuğundan sancır,Süvarisi arxası üstə yıxılır.18Ya Rəbb! Mən Sənin xilasını gözləyirəm.19Qad talançı basqınına düçar olacaq,Lakin onları topuğundan vuracaq.20Aşerdən zəngin nemətlər gələcək,O, şahanə ləzzətli yeməklər yetirəcək.21Naftali azad edilmiş bir maraldır,Ondan gözəl balalar doğulacaq.22Yusif barlı bir ağac,Çeşmə kənarında meyvəli bir ağacdır,Budaqları divarın üstündən aşar.23Oxçular ona güclü hücum etdilər,Düşmənçilik edib üstünə ox yağdırdılar.24Amma Yaqubun qüdrətli Allahı –İsrailin Daşı və Çobanı olanAllahın sayəsindəOnun kamanı möhkəm,Qolları qüvvətli oldu.25Sənə kömək edənAtanın Allahıdır,Sənə xeyir-dua verənKülli-İxtiyardır.Yuxarıda göylərin bərəkəti ilə,Dərinlikdə olanSu mənbələrinin bərəkəti ilə,Döşlərin və bətnlərin bərəkəti iləSənə xeyir-dua verəcək.26Atanın xeyir-duasıAtalarımın xeyir-duasından daha ucadır;Əbədi qalan təpələrinZirvəsinə çatar.Qoy xeyir-dualarımYusifin – qardaşlar arasındaBaşçı olanın üstündə olsun.27Binyamin acgöz bir qurddur,Səhər ovunu yeyər,Axşam qənimət paylar». 28Bunların hamısı İsrailin on iki qəbiləsidir. Ataları onlara xeyir-dua verərkən bu sözləri söylədi və hər birinə xeyir-dua verdi. 29Sonra Yaqub oğullarına vəsiyyət edib dedi: «Mən ölüb əcdadlarıma qoşulacağam. Məni atalarımın yanında – Xetli Efronun tarlasında olan mağarada basdırın.30O mağara Kənan torpağında olan Mamre qarşısındakı Maxpela tarlasındadır. İbrahim o mağaranı qəbir düzəltmək üçün Xetli Efrondan tarlası ilə birlikdə satın almışdı.31İbrahimlə arvadı Sara və İshaqla arvadı Rivqa orada basdırılmışdı. Mən Leanı da orada basdırdım.32Həmin tarla ilə oradakı mağara Xetlilərdən satın alınıb».33Yaqub oğullarına vəsiyyət edib qurtaranda ayaqlarını yatağına yığaraq son dəfə nəfəs aldı və ölüb əcdadlarına qoşuldu.