Flash Needs to be Turned On
1Elihu söhbətini belə davam etdirdi:2«Ey hikmətlilər, sözlərimi dinləyin,Ey çoxbilənlər, məni eşidin.3Çünki damaq yeməyin dadını bildiyi kimiQulaq da sözləri müəyyən edir.4Gəlin doğrunu seçək,Birlikdə yaxşını öyrənək.5Çünki Əyyub deyir: “Mən günahsızam,Allah isə əlimdən haqqımı aldı.6Haqlı olduğum halda yalançı sayılıram,Bir təqsirim yox ikən oxundan sağalmaz yara aldım”.7Əyyub kimi şəxsiyyət varmı?O, kinayəni su kimi içir.8Pislik edənlərlə yoldaşlıq edib gəzir,Pis adamlarla yol gedir.9Çünki “çalışıb Allahı razı salmaqİnsana xeyir gətirməz” deyir.10Buna görə, ey dərrakəli insanlar, məni dinləyin!Məgər Allah pislik edərmi?Məgər Külli-İxtiyar haqsızlıq edərmi?11Çünki O hər kəsə əməlinin əvəzini verir, Qazandığını başına gətirir.12Məgər Allah pislik edir?Məgər Külli-İxtiyar haqsızlıq edir?13Ona bütün dünyanı kim təslim etdi?Kim Onu yer üzərində təyin etdi?14Əgər qəsdinə durubRuhunu, nəfəsini geri çəkərsə,15Bir anda bütün bəşər yox olar,İnsan torpağa qayıdar.16Əgər düşüncən varsa, bunları dinlə,Sözlərimi eşit.17Ədalətə nifrət edən səltənət sürə bilərmi?Adil və qüdrəti Olanımı məhkum edəcəksən?18Padşahlara “yaramazsınız”,Əsilzadələrə “şərsiniz” deyən,19Başçılar arasında tərəfkeşlik etməyən,Varlını yoxsuldan üstün saymayanO deyilmi?Çünki hamını Onun əlləri yaratdı,20Hamı bir an içində, bir gecə yarısı ölüb gedir,Xalq lərzəyə gəlib ölür.Güclülər belə, əl dəyməmiş aradan götürülür.21Allah gözlərini insanların yolundan çəkmir,Atdıqları hər addımı görür.22Şər iş görənlərin gizlənəcəyiNə qaranlıq, nə də zülmət yeri var.23Hökm üçün hüzuruna gəlsinlər deyəAllah insana nəzarət etmək üçün ehtiyac duymur.24İstintaq etmədən güclü insanları qırır,Onların yerinə başqalarını qoyur.25Çünki onların işlərini bilir,Bir gecə onları alt-üst edir, onlar əzilir.26Hamının gözü önündəPislikləri üzündən onlara cəza verir.27Çünki Onun ardınca getmədilər,Yollarının heç birinə fikir vermədilər.28Ona görə yoxsulların fəryadı Onun hüzuruna yetdi,O, fəqirlərin fəryadını eşitdi.29Amma Allah səssiz dursa, kim Onu ittiham edə bilər?Üzünü gizlədərsə, kim Onu görə bilər?Hər millət, hər insan üçün O eynidir ki,30Allahsız insan hökmranlıq etməsin,Xalqa tələ qurmasın.31Allaha deyən olubmu:“Günahkaram, bir də pis iş görməyəcəyəm?32Görmədiyimi mənə göstər,Haqsızlıq etmişəmsə, bir də etmərəm”.33Onu atdığın halda sənəKefin istəyən əvəz verməlidirmi?Qərar verən sənsən, mən deyiləm,İndi bildiyini mənə söylə.34Dərrakəli insanlar,Məni dinləyən müdrik adamlar deyəcək:35“Əyyub avam-avam danışır,Sözlərinin mənası yoxdur”.36Bir şər adam kimi cavab verdiyi üçünQoy Əyyub axıradək sınaqda olsun!37Çünki günahına üsyankarlıq da artırır,Qarşımızda elə bil rişxənd edərək əl çalır,Allaha qarşı danışdıqca danışır».