Oxuyun

Flash Needs to be Turned On

Zəbur fəsil 12

1Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb,Bəşər övladları arasında vəfalılar qurtarıb.2Hər kəs başqasına yalan söyləyir,Ağzı yalan danışır, ikiüzlülük edir.3Qoy Rəbb yalan danışan hər ağzı yumsun,Hər lovğa dili kəssin!4Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq.Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər?5Rəbb deyir: «İndi qalxacağam,Çünki fəqirlərə zülm edilir,Məzlumlar nalə çəkir, qurtuluş istəyir.Mən bunu onlara verəcəyəm».6Rəbbin kəlamları pakdır,Kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş kimidir.7Sən, ya Rəbb, onları qoru,Bu nəsildən onların hər birini əbədilik hifz et.8Bəşər övladları arasında namərdlik artarkənHər yanda pislər gəzər.