Oxuyun

Flash Needs to be Turned On

Zəbur fəsil 122

1Mənə «Rəbbin evinə gedək» deyilərkən sevindim.2Ey Yerusəlim, sənin darvazalarından keçdim,Torpağına qədəm qoydum.3Bu, Yerusəlim şəhəridir,Çox sıx tikilmişdir.4İsrail üçün verilən şəhadət naminəQəbilələr, Rəbbin qəbilələriRəbbin isminə şükür etmək üçünBuranı ziyarət etməyə gəlirlər.5Hökm üçün burada taxtlar qurulub,Bu taxtlarda Davud sülaləsi oturub.6Hamı Yerusəlim üçün sülh diləsin:«Qoy səni sevənlər dinc həyat sürsün!7Qoy qala divarlarının içində sülh olsun!Qoy saraylarındakılar dinc yaşasın!»8Yoldaşlarıma, dostlarıma görə«Səndə sülh olsun!» deyirəm.9Allahımız Rəbbin evinə görəSənə bəxtiyarlıq diləyirəm.