Flash Needs to be Turned On
1Nə üçün millətlər belə vurnuxmaya düşür, Ümmətlər boş şeylər düşünür?2Dünya şahları yığışır,Hökmdarlar Rəbbə vəOnun məsh etdiyinə qarşı birləşir.3Deyirlər: «Gəlin onların buxovlarını qoparaq,Üstümüzdəki zəncirlərini ataq».4Göylərin sakini gülür,Xudavənd onlara istehza edir.5Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək,Qəzəbi ilə onları dəhşətə gətirəcək.6O deyir: «Mən padşahımıMüqəddəs dağım Sionda əyləşdirmişəm».7Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi:«Sən Mənim oğlumsan,Mən bu gün sənə Ata oldum.8Məndən istə, onda irs olaraq millətləri,Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeriSənə verərəm.9Onları dəmir əsa ilə qıracaqsan, Saxsı qab kimi çilik-çilik edəcəksən».10İndi, ey şahlar, müdrik olun!Ey dünya hakimləri, ibrət alın!11Rəbdən qorxub Ona xidmət edin,Həm titrəyin, həm sevinin.12Oğulu öpün ki, qəzəblənməsin,Yoxsa tutduğunuz yolda məhv olarsınız.Çünki qəzəbi tezliklə alovlanar.Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır!