Flash Needs to be Turned On
1Ya Rəbb, Səni səsləyirəm,Ey Qayam, qulağını tıxama.Əgər cavab verməsən,Qəbirə düşənlərə bənzəyərəm.2Səni yardıma çağırarkən,Məbədinin ən müqəddəs yerinə tərəf əllərimi qaldırarkən,Yalvarış səsimi eşit.3Pislərlə, şər iş görənlərlə birgəMəni dartıb aparma.Onlar qonşuları ilə dost kimi danışır,Lakin qəlblərində şər dolaşır.4Əməllərinə, pis işlərinə görəOnların əvəzini ver,Əllərindən gələn bu işlər nəyə layiqdirsə,Onlar üçün ödə.5Rəbbin əməllərinə əhəmiyyət vermədiklərinə görə,Onun əllərinin əməllərinə fikir vermədiklərinə görəRəbb onları yerə vuracaq,Bir daha qaldırmayacaq.6Alqış olsun Rəbbə,Yalvarış səsimi eşitdi!7Rəbb qalam, sipərimdir!Qəlbim Ona güvənəndə köməyimə çatır.Sevincdən qəlbim cuşa gəlir,İlahilərimlə Ona şükür edirəm.8Rəbb Öz xalqının gücüdür,Məsh etdiyi insanın nicat qalasıdır.9Öz xalqını qurtar,Seçdiklərinə xeyir-dua ver.Öz sürünü otar,Xalqının əbədilik qayğısına qal!