Oxuyun

Flash Needs to be Turned On

Zəbur fəsil 30

1Ya Rəbb, Səni ucaldıram,Çünki Sən məni qurtardın,Düşməni mənə görə sevinməyə qoymadın.2Ya Rəbb Allahım,Səni imdada çağırarkənMənə şəfa verdin.3Ya Rəbb, canımıÖlülər diyarından azad etdin,Qəbirə düşməyim deyəSən mənə həyat verdin.4Ey Rəbbin möminləri,Onu tərənnüm edin,Müqəddəsliyini yada salın,Ona şükürlər edin.5Çünki qəzəbi bir anlıq olur,Lütfü isə ömür boyu qalır.Kimin bir gecə gözündən yaş tökülərsə,Onun üçün sübh tezdən sevinc doğar.6Dinclik tapanda dedim:«Əsla sarsılmaram».7Ya Rəbb, lütfünlə məniBir dağ kimi möhkəm etdin.Sonra məndən üz gizlətdin,Canıma vəlvələ düşdü.8Ya Rəbb, Səni çağırdım,Xudavəndə belə yalvardım:9«Qanımı töküb qəbirə düşsəm,Sənə fayda verərmi?Torpaq Sənə şükür edə bilərmi,Sədaqətini elan edə bilərmi?10Ya Rəbb, dinlə, mənə lütf et,Ya Rəbb, köməyimə çat».11Yasımı şənliyə çevirdin,Çulumu çıxarıb məni sevincə bürüdün.12Ona görə susmayacağam,Səni ucadan tərənnüm edəcəyəm.Ya Rəbb Allahım,Sənə daim şükür edəcəyəm!