Oxuyun

Flash Needs to be Turned On

Zəbur fəsil 4

1Səni çağıranda mənə cavab ver,Ey adil Allahım!Dara düşən zaman məni genişə çıxar,Mənə lütf edib duama qulaq as!2Ey insan övladları, nə vaxtadəkŞərəfimi rüsvayçılığa çevirəcəksiniz?Nə vaxtadək boş şeylərə meyl göstəribYalan axtaracaqsınız?Sela3Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb;Nə vaxt Rəbbi çağırsam, məni eşidir.4Qorxub-titrəyin, günah etməyin,Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin.Sela5Salehlik qurbanları kəsin,Rəbbə güvənin.6Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?»Ya Rəbb, üzünün nurunu üstümüzə sal.7Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çoxMənim qəlbimə sevinc verdin.8Arxayın yatıb yuxuya gedirəm,Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!