Flash Needs to be Turned On
1Qəlbim yaxşı sözlərlə çağlayır,Qoy şeirlərimi padşahıma söyləyim,Dilim mahir bir xəttatın qələminə oxşayır.2Bəşər övladlarının ən gözəli sənsən,Dodaqlarından lətafətli sözlər tökülür,Çünki Allah səni əbədilik xeyir-dualı edib.3Ey cəngavər, qılıncını belinə bağla,Əzəmətini, ehtişamını göstər.4Həqiqət, itaətkarlıq və salehlik naminəDöyüş arabasına qalx,Əzəmətinlə uğur qazan.Qoy sağ əlindən möhtəşəm işlər gəlsin.5Nə itidir oxların,Padşahın düşmənlərinin köksünə saplanır.Xalqlar ayağının altına yıxılır.6Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır,Sənin şahlıq əsan insaf əsasıdır.7Salehliyi sevib pisliyə nifrət edirsən.Ona görə Allah, sənin AllahınSevinc yağı iləYoldaşlarından çox səni məsh edib.8Bütün paltarlarındanMirra, əzvay və Çin darçınının ətri gəlir.Fil dişindən olan saraylarındanSəni şənləndirən simli alətlərin sədası gəlir.9Şərəfə çatdırdığın qadınlar arasındaŞahzadə xanımlar da var.Mələkə olacaq qız sağ qoluna girib,Ofir qızıllarına bürünüb.10Dinlə, ey qız, diqqət elə, sözümə qulaq as,Öz xalqını, ata evini unut.11Sənin gözəlliyin padşahı məftun etsin.O sənin ağandır, ona itaət et.12Sur xalqı yanına hədiyyələr gətirəcək,Xalqın varlıları səndən lütf istəyəcək.13Bu şah qızı sarayına cah-calalla gətirilir,Paltarları qızıl tikmələrə bürünmüş.14Padşahın yanına əlvan libasda gətirilir,Rəfiqələri sağdışı-soldışıdır.15Onlar sevinclə, şadlıqla gətirilir,Padşahın sarayına girirlər.16Ey padşah, ata-baban kimi oğulların olacaq,Onlara bütün yer üzünün hakimiyyətini verəcəksən.17Adını nəsillərdən-nəsillərə çatdıracağam,Xalqlar da sonsuza qədər sənə həmd oxuyacaq!