Flash Needs to be Turned On
1Allahımızın şəhərində,Öz müqəddəs dağındaRəbb çox əzəmətlidir,Bol həmdlərə layiqdir.2Şimala tərəf böyük Padşahın şəhəri –Sion dağı ucalığı ilə gözəldir,Dünyanın sevincidir.3Onun qalalarında Allah ÖzünüAlınmaz qala kimi göstərmişdir.4Padşahlar bir yerə yığıldılar,Siona yürüş etdilər.5Onu görəndə mat qaldılar,Qorxub tez qaçdılar.6Hamilə qadının ağrısı kimiCanlarına lərzə düşdü.7Sən şərq küləyi iləTarşiş gəmilərini parçaladın.8Ordular Rəbbinin şəhərində –Allahımızın şəhərindəNə eşitmişiksə, onu gördük,Allah oranı əbədi saxlayacaq.Sela9Ey Allah, məbədindəMəhəbbətin barədə dərindən düşünürük.10Ey Allah, yerin ucqarlarına qədərAdın həmdə layiqdir.Sağ əlin ədalətinlə doludur.11Qoy Sion dağı sevinsin.Sənin hökmlərinə görəQoy Yəhuda qızları şad olsun.12Sionun ətrafında gəzib-dolaşın,Onun qüllələrini sayın.13Divarlarına fikir verin,Qalalarına diqqətlə baxın.Gələcək nəslə belə deyin:14«Əbədi, sonsuzadəkBu Allah bizim Allahımızdır.Ömrümüzün sonunadəkO bizə yol göstərəcək!»