Flash Needs to be Turned On
1Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər?Sonsuzdur Allahın məhəbbəti.2Ey hiyləgər, dilin insanı məhv edir,İti ülgüc kimi kəsir.3Yaxşılıqdan çox yamanı,Doğru sözdən çox yalanı sevirsən.Sela4Ey hiyləgər dilli,Məhvedici sözləri çox sevirsən!5Allah səni əbədilik qıracaq,Yaxandan yapışaraq evindən çölə atacaq,Dirilər arasından kökünü qoparacaq.Sela6Salehlər buna baxıb qorxacaqlar,Gülə-gülə belə deyəcəklər:7«Bu adam Allaha pənah gətirmədi,Öz bol sərvətinə güvəndi,Başqalarını məhv edərək gücləndi».8Amma mən Allahın evindəYaşıl zeytun ağacına bənzərəm,Daima, əbədilikAllahın məhəbbətinə güvənirəm.9Sənin gördüyün işlərə görə daim şükür edirəm,Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!