Flash Needs to be Turned On
1Ey Allah, isminlə məni qurtar,Qüvvənlə mənə bəraət ver.2Ey Allah, mənim duamı dinlə,Dilimdən çıxan sözlərə qulaq as.3Yadellilər əleyhimə qalxıblar,Zalımlar canımı almaq üçün məni axtarırlar,Heç Allaha baxmırlar.Sela4Budur, Allah mənə kömək edir,Xudavənd ömrümə dayaq olur.5O bu şəri düşmənlərimə tərəf döndərəcək.Mənim sadiq Allahım, düşmənləri yox et!6Sənə könüllü qurban kəsəcəyəm,Ya Rəbb, gözəl isminə şükür edəcəyəm!7Məni hər darlıqdan xilas etdin,Gözüm düşmənlərimin məhvini gördü.