Oxuyun

Flash Needs to be Turned On

Zəbur fəsil 57

1Mənə rəhm et, ey Allah, mənə rəhm et!Canımı götürüb Sənin yanına pənah gətirmişəm.Bəlalar keçib-gedənəcənQanadlarının altına sığınacağam.2Allah-Taalanı çağırıram,Mənim üçün hər şeyi verən Allahı çağırıram.3Göydən mənə qurtuluş göndərəcək,Başımı yemək istəyəni rüsvay edəcək.SelaAllah Öz məhəbbətini və sədaqətini göndərəcək.4Sanki aslanların arasındayam,Yandırıb-yaxan adamların arasında yatıram.Dişləri nizədir, oxdur,Dilləri iti qılıncdır.5Ey Allah, göylər üzərində ucal!Ehtişamın bütün yer üzərində olsun!6Yolumda tələ qurub canımı üzdülər,Mənə qazdıqları quyuya özləri düşdülər.Sela7Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb,Qoy ilahi oxuyum, Səni tərənnüm edim.8Ey mənim ruhum, oyan!Ey çəng və lira, oyan!Qoy səhəri oyadım.9Ey Xudavənd, xalqlar arasındaSənə şükür edəcəyəm.Ümmətlər arasındaSəni tərənnüm edəcəyəm.10Məhəbbətin böyükdür, göylərə çatır,Sədaqətin buludlara dəyir.11Ey Allah, göylər üzərində ucal!Ehtişamın bütün yer üzərində olsun!