Flash Needs to be Turned On
1Ey Allah, məni xilas et,Ya Rəbb, dadıma tez çat!2Canımın qəsdinə duranlarQoy utanıb biabır olsunlar.Pis günümdən zövq alanlarGeri qovulub rüsvay olsunlar.3«Aha! Aha!» deyənlərXəcalət içində çaşıb-qalsınlar.4Lakin Səni axtaranlarSənə görə qoy şad olub sevinsinlər,Verdiyin xilası sevənlərDaim «Qoy ucalsın Allah!» desinlər.5Budur, bir məzlum, bir fəqirəm,Ey Allah, Sən Özünü tez yetir.Köməyim, xilaskarım Sənsən,Ya Rəbb, ləngimə!