Flash Needs to be Turned On
1Ey Ordular Rəbbi, məskənin nə qədər əzizdir,2Qəlbim Rəbbin həyətinin həsrətindədir,Könlüm, cismim var olan Allaha mədh oxuyur.3Ey Ordular Rəbbi, Padşahım, Allahım,Qurbangahının yaxınında sərçələr yurd salar,Qaranquş bala çıxartmaq üçün yuva qurar.4Nə bəxtiyardır evində yaşayanlar,Daim Sənə həmd oxuyanlar!Sela5Nə bəxtiyardır Səndən qüvvət alanlar,Qəlbində Sionu ziyarət etməyi arzulayanlar!6Baka vadisindən keçərkənOnlara çağlayan bulaqlar görünər,İlk yağışdan ora gölməçələrə bürünər.7Bu adamlar getdikcə qüvvət alarlar,Sionda Allahın hüzurunda olarlar.8Ya Rəbb, ey Ordular Allahı, duamı dinlə,Ey Yaqubun Allahı, qulaq as!Sela9Ey Allah, bizə sipər olana bax,Məsh etdiyinin üzünə bax!10Sənin həyətində keçən bir günümBaşqa yerdə keçən min günümdən yaxşıdır.Allahımın evinin keşiyində dayanmağımPislərin çadırında rahat ömür sürməkdən yaxşıdır.11Axı Rəbb Allah günəşdir, sipərdir,Rəbb lütf və şərəf verir,Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir.12Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır!