Oxuyun

Flash Needs to be Turned On

Çıxış fəsil 1

1 Yaqubla birlikdə ailələri ilə Misirə gələn İsrail övladlarının adları bunlar idi:2Ruven, Şimeon, Levi, Yəhuda,3İssakar, Zevulun, Binyamin,4Dan, Naftali, Qad, Aşer,5Yaqubun nəslindən törənən yetmiş nəfər idi. Yaqubun oğlu Yusif artıq Misirdə idi.6Vaxt yetişdi, Yusif, qardaşları və o nəslin hamısı öldü.7Amma İsrail övladları çoxalıb böyüdülər, sayları artdı və onlar qüvvətləndi; ölkə onlarla doldu. 8Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı.9O, xalqına dedi: «Baxın İsrail övladları sayca bizdən çox və daha qüvvətlidir.10Gəlin onlarla ağılla rəftar edək, yoxsa çoxalar və müharibə vaxtı düşmənlərimizlə birləşib bizə qarşı vuruşar, sonra isə ölkəni tərk edərlər». 11Misirlilər İsrail övladlarına əziyyət vermək üçün onların üzərinə zülmkar iş nəzarətçiləri qoydular. İsrail övladları firon üçün Pitom və Ramses adlanan şəhərlər tikdilər. Orada anbarlar yerləşdirdilər.12Ancaq İsrail övladlarına əziyyət vermələrinə baxmayaraq, onlar çoxalıb artırdı. Onda Misirlilər İsrail övladlarından qorxub,13onları sıxıntılı əsarətdə saxladılar.14Misirlilər İsrail övladlarını ağır işlərlə – palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər. 15Misir padşahı birinin adı Şifra, o birinin adı Pua olan İbrani mamaçalarına dedi:16«İbrani qadınlarını doğuzduranda baxın: əgər uşaq oğlan olarsa, onu öldürün, yox, əgər qız olsa, qoy yaşasın».17Ancaq mamaçalar Allahdan qorxurdular və buna görə Misir padşahının onlara əmr etdiyi kimi etmədilər və oğlan uşaqlarını sağ buraxdılar.18Misir padşahı mamaçaları çağırtdırıb onlara dedi: «Niyə belə etdiniz? Niyə oğlan uşaqlarını sağ buraxdınız?»19Mamaçalar firona dedilər: «Çünki İbrani qadınları Misirli qadınlar kimi deyil, onlar daha sağlamdırlar və mamaçalar onların yanına gəlməzdən əvvəl doğurlar».20Buna görə Allahın xalqı çoxalıb artdı. Allah mamaçalara da xeyirxahlıq göstərdi.21Ondan qorxduqlarına görə bu qadınlara da ailə nəsib etdi. 22Firon bütün xalqına əmr edib dedi: «İbranilərdən hər doğulan oğlan uşağını Nil çayına atın! Hər qız uşağını isə sağ qoyun».