Flash Needs to be Turned On
1
Midyanlıların kahini olan Musanın qayınatası Yetro Allahın Musa və xalqı İsrail üçün gördüyü bütün işləri, Rəbbin İsraili Misirdən çıxartdığını eşitdi.2Musanın qayınatası Yetro Musanın arvadı Sipporanı iki oğlu ilə birgə geri gətirdi. Musa əvvəlcədən arvadını onun yanına göndərmişdi.3Musa «mən yad bir ölkədə qərib oldum» deyib oğlanlarının birinin adı Gerşom qoymuşdu.4«Atamın Allahı köməyim oldu və məni fironun qılıncından qurtardı» deyib o birisinin adını Eliezer qoymuşdu. 5Musanın qayınatası Yetro, oğulları və arvadı Musanın düşərgə saldığı Allahın dağı yerləşən səhraya gəlib,6bu xəbəri Musaya göndərdi: «Mən – sənin qayınatan Yetro, arvadın və iki oğlunla yanına gəlirəm».7Musa qayınatasının qarşısına çıxdı, təzim edib onunla öpüşdü; onlar bir-birlərindən hal-əhval tutub çadıra girdilər.8Musa qayınatasına Rəbbin İsrail övladlarının xatirinə firona və Misirlilərə etdiyi bütün şeylər, yolda çəkdikləri bütün əziyyəti və Rəbbin onları necə qurtardığını nəql etdi.9Yetro Rəbbin İsrail övladlarına etdiyi bütün yaxşılıqlara və Misirlilərin əlindən onları qurtardığına görə sevindi. 10Yetro dedi: «Sizi Misirlilərin və fironun əlindən qurtaran Rəbbə alqış olsun! Xalqı Misirlilərin əlinin altından qurtaran Odur.11İndi bildim ki, Rəbb bütün allahlardan böyükdür, çünki onların öyündüklərindən də üstün oldu».12Sonra Musanın qayınatası Yetro Allaha yandırma və ünsiyyət qurbanları gətirdi. Harun ilə İsrail övladlarının bütün ağsaqqalları Musanın qayınatası ilə Allahın hüzurunda yemək yeməyə gəldilər. 13Ertəsi gün Musa oturub xalqa hakimlik edirdi. Xalq da səhərdən axşamadək Musanın ətrafında dayanmışdı.14Qayınatası Musanın xalq üçün nə etdiyinə baxıb dedi: «Nə üçün bu xalqa belə edirsən? Niyə sən tək oturursan və bütün xalq səhərdən axşamadək ətrafında dayanıb gözləyir?»15Musa qayınatasına dedi: «Ona görə ki xalq Allahdan soruşmaq üçün mənim yanıma gəlir.16Həll olunmalı məsələləri olan adamlar yanıma gələndə aralarında qərar çıxarıram. Allahın qayda-qanunlarını da onlara bildirirəm». 17Musanın qayınatası ona dedi: «Gördüyün iş yaxşı deyil.18Əlbəttə, həm sən, həm də səninlə olan xalq üzülərsiniz. Axı bu iş sənin üçün ağırdır, onu təkbaşına edə bilməzsən.19İndi sözümə qulaq as, sənə bir məsləhət verim. Qoy Allah sənə yar olsun! Sən bu xalqa görə Allahın hüzurunda dayan və işlərini də Ona çatdır.20Onları qayda-qanunlar barəsində xəbərdar et, gedəcəkləri yolu və görəcəkləri işi göstər.21Bütün xalq arasından bacarıqlı, Allahdan qorxan, etibarlı, haram qazanca nifrət edən adamları seç. Onları minbaşı, yüzbaşı, əllibaşı, onbaşı təyin et ki,22xalqı hər zaman mühakimə etsinlər. Qoy hər böyük işi sənin yanına gətirsinlər, hər kiçik işə isə özləri hakimlik etsinlər. Beləcə öz yükünü yüngülləşdir. Qoy o adamlar bu yükü səninlə daşısınlar.23Əgər belə etsən, Allah da sənə belə əmr etsə, dözə bilərsən. Bütün xalq da razı olub öz yerinə gedər». 24Musa qayınatası deyən sözlərə qulaq asıb əməl etdi.25Bundan sonra Musa İsrail övladları arasından bacarıqlı adamlar seçdi və onlardan xalqa başçı – minbaşılar, yüzbaşılar, əllibaşılar, onbaşılar təyin etdi.26Onlar hər vaxt xalqı mühakimə edirdilər. Çətin işləri isə Musanın yanına gətirir, hər kiçik işi isə özləri mühakimə edirdilər.27Sonra Musa qayınatasını yola saldı, o da öz ölkəsinə getdi.