Oxuyun

Flash Needs to be Turned On

Nəğmələr Nəğməsi fəsil 1

1Bu nəğmələr nəğməsi Süleymanındır. Qız:2Qoy dodaqların məni öpdükcə öpsün,Çünki eşqin şərabdan da yaxşıdır.3Vurduğun ətrin qoxusu nə gözəldir,Adın belə, ətirqabıdan tökülən ətri xatırladır,Ona görə qızların sevimlisi olmusan.4Bağrına bas məni, səninlə qaçaq,Qoy padşah məni otağına aparsın. Qızın rəfiqələri: Səninlə sevinib biz şadlanarıq,Şərabdan da artıq eşqinizi anarıq. Qız: Sənə heyran olanlar haqlıdır.5Ey Yerusəlimdəki qızlar,Qedar çadırları tək,Süleymanın pərdələri təkQaralsam da mən,Yenə gözələm.6Baxmayın ki, mən qarayanızam,Günəşdən qaralmışam,Qardaşlarımın mənə qəzəbi tutarkənMəni üzümlüklərinə qarovulçu qoydular.Mən də öz üzümlüyümə baxa bilmədim.7Ey könlümün sevgilisi, söylə mənə:Sürünü harada otarırsan?Günorta sürünü harada yatırırsan?Niyə sənin dostlarının sürülərinin yanında gedən,Üz-gözünü bürüyən bir qadına bənzəyim? Qızın rəfiqələri:8Ey gözəllər gözəli, əgər yerini tapa bilməsən,Sürülərin izi ilə get,Oğlaqlarını çoban çadırlarının yanında otar. Oğlan:9Ey yarım, sənFironun arabalarını çəkənGözəl madyana bənzəyirsən.10Yanağına düşən bəzəklərlə,Boynundakı daş-qaşdan olan boyunbağı iləBax nə qədər gözəlsən.11Sənə düymələri gümüşdənQızıl silsilə düzəldəcəyik. Qız:12Padşah süfrəsində oturarkənHər yanı nard çiçəyimin ətri bürüyür.13Mənim üçün sevgilimDöşlərimin arasında yatan mirra kisəsidir.14Mənim üçün sevgilimEn-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür. Oğlan:15Ey yarım, nə gözəlsən, nə gözəlsən!Göyərçin gözlüsən! Qız:16Ey sevgilim, nə gözəlsən,Sən nə qədər şirinsən!Yaşıldır yatağımız. Oğlan:17Evlərimizin dirəkləri sidr ağacındandır,Tavanımızın oymaları şam ağacındandır.