Flash Needs to be Turned On
1Yatağımda bütün gecəKönlümün sevgilisini axtardım,Axtardım, amma tapa bilmədim.2Dedim: «Qoy könlümün sevgilisini axtarım,Durub şəhəri dolaşım,Küçələrdə, meydanlarda axtarım».Axtardım, amma tapa bilmədim.3Şəhər asayişini qoruyanlar məni tapdı,Onlardan soruşdum: «Könlümün sevgilisini görməmisiniz ki?»4Onlardan ayrılanda könlümün sevgilisini tapdım,Tutub onu buraxmadım.Onu anamın evinə –Məni doğan qadının otağına apardım.5Ey Yerusəlimdəki qızlar, sizi and verirəmDişi ceyranlara, çöldəki marallara!Bizi bu sevgidən oyatmayın, ayıltmayın,Qoy könül istəyənəcən qalsın.6Səhradan keçən,Tüstü sütunları kimi gələn,Tacirlərin ətirli bitkiləri içərisindəMirra və kündür ətri verən kimdir?7Budur Süleymanın taxt-rəvanı!Ətrafını İsrail igidlərindən altmışı bürüyüb.8Onların hamısı qılınc daşıyır,Mahir döyüşçüdür,Hər biri qılıncını belinə bağlayıb,Təhlükəli gecələr üçün hazırlanıb.9Taxt-rəvanını padşah SüleymanLivanın ağaclarından düzəltdirib.10Sütunları gümüşdən, söykənəcəyi qızıldan,Oturacağı tünd qırmızı qumaşdan düzəltdirib,Yerusəlim qızları bu qumaşa zövqlə naxış vurub.11Ey Sion qızları, çıxın,Padşah Süleymana baxın!O, toy günündə, ürəkdən sevindiyi gündəBaşına anasının verdiyi tacı qoyub!