Oxuyun

Flash Needs to be Turned On

Nəğmələr Nəğməsi fəsil 8

1Kaş ki mənə ananın döşlərindən süd əmənBir qardaş kimi olaydın,Küçədə səninlə rastlaşarkən səni öpərdim,Heç kim məni qınamazdı.2Qarşına düşəydim, mənə öyüd verənAnamın evinə aparaydım.Şirin şərabdan, narımın şirəsindənSənə içirəydim.3Sevgilim sol əlini başımın altına salır,Sağ əli ilə məni qucağına alır.4Ey Yerusəlimdəki qızlar, sizi and verirəmDişi ceyranlara, çöldəki marallara!Bizi bu sevgidən oyatmayın, ayıltmayın,Qoy könül istəyənəcən qalsın. Qızın rəfiqələri:5Sevgilisinə söykənib çöldən gələnBu gözəl kimdir? Qız: Alma ağacı altda səni oyatdım.Sən orada ananın bətninə düşmüsən,Orada anan ağrı çəkib, səni doğub.6Məni qəlbinin başında, qolunun üstündəBir möhür kimi saxla.Çünki sevgi ölüm qədər qüvvətlidir,Qısqanclıq ölülər diyarı kimi möhkəmdir,Onun odu alovlanır,O, atəşdir, tamamilə yandırıb-yaxır.7Sevgini ümman sular söndürə bilməz,Onu çağlayan çaylar batıra bilməz.Bir insan sevgisi uğrunda var-yoxunu versə belə,Hamı ona xor baxar. Qızın rəfiqələri:8Bir kiçik bacımız var,Hələ döşləri çıxmayıb.Bacımıza elçi gələn günOnun üçün nə edək?9Əgər o, bir hasar olsaydı,Biz üstünə gümüşdən bürc vurardıq.Əgər o, bir qapı olsaydı,Onu sidrdən xonça bağlayıb dövrəyə alardıq. Qız:10Mən bir hasaram,Döşlərim qüllələrə oxşar,Ona görə yarımın gözləri məndən razı qalar.11Süleymanın Baal-Hamonda bir üzüm bağı var idi,O bu bağı kirayəyə verirdi.Məhsula görə hər kirayə alanOna min parça gümüş gətirməli idi.12Mənim də bağım var, onun sahibiyəm,Ey Süleyman, min parça gümüş sənin olsun,İki yüz gümüş kirayə alanlara qalsın. Oğlan:13Sən, ey bağçalarda məskən salan gözəl,Dostlar səni dinləyir,Mənə də səsini eşitdir. Qız:14Ey sevgilim, qaç,Ətir saçan dağların üstündə,Bir ahu, bir maral balası kimi ol.