Flash Needs to be Turned On
1Əgər Səninlə mübahisə etsəm,Sən haqlı çıxarsan, ya Rəbb.Ancaq yenə də ədalət barədəSəninlə danışmaq istəyirəm.Nə üçün pis adamlar əməllərindəUğur qazanır,Bütün xainlər dinc yaşayır?2Onları Sən əkdin, kök saldılar,Qol-budaq atdılar,Bar verdilər.Sən onların dillərinə yaxınsan,Amma ürəklərindən uzaqsan.3Məni isə, ya Rəbb, Sən tanıyırsan,Görürsən və sınayırsan.Ürəyim Səninlədir.Onları qurbanlıq qoyun kimi ayır,Qırğın günü üçün hazırla.4Nə vaxta qədər torpaq yas tutacaq,Bütün çöl otları quruyacaq?Orada yaşayanların pisliyi üzündənHeyvanlar və otlar məhv oldu.Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir.5«Ey Yeremya, əgər sən piyadalarla qaçanda yoruldunsa,Atlarla necə yarışa bilərsən?Əgər əmin-amanlıq olan torpaqda büdrəsən,İordan çayının kənarındakı sıx meşədə nə edəcəksən?6Hətta öz qardaşların – ata evin dəSənə xəyanət etdi,Onlar da sənin ardıncaUcadan bağırdı.Sənə yaxşı sözlər söyləsələr də,Onlara inanma.7Evimi tərk etdim,İrsimi əldən verdim,Sevgilimi düşmənlərə təslim etdim.8İrsim Mənim üçünMeşədəki aslan kimi oldu.Üstümə nərə çəkdi,Buna görə də ona nifrət etdim.9İrsim Mənim üçünAlabəzək yırtıcı quş oldumu?Hər tərəfdən yırtıcı quşlarOnun üstünə töküldü.Gedin bütün vəhşi heyvanları toplayın,Yeyib-qurtarmaq üçün onun üstünə gətirin.10Çoxlu çoban bağımı viran etdi,Tarlamı tapdalayıb əzdi,Gözəl zəmimi boş çölə çevirdi.11Onu xaraba qoydular,Xarabalıq içində önümdə ağlayır.Bütün ölkə viran oldu,Amma heç kəsin vecinə deyil.12Çöldəki bütün çılpaq təpələrə məhv edənlər gəldi.Çünki ölkənin bir ucundan o biri ucuna qədərRəbbin qılıncı qırıb-çatır.Heç kim salamat qalmır.13Onlar buğda əkdi, qanqal biçdi.Zəhmət çəkdilər, xeyir görmədilər.Rəbbin qızğın qəzəbindən ötrüMəhsullarınızdan utanacaqsınız». 14Rəbb belə deyir: «Xalqım İsrailə irs olaraq verdiyim mülkə toxunan bütün bədxah qonşularıma gəlincə, Mən onları torpaqlarından çıxarıb atacağam, onların arasından Yəhuda nəslini də çıxarıb atacağam.15Amma onları çıxarıb atdıqdan sonra yenə hallarına acıyacağam. Hər kəsi öz mülkünə, öz torpağına qaytaracağam.16Əgər onlar xalqımın yolunu yaxşı öyrənsələr, xalqımı Baal adı ilə and içməyi öyrətdikləri kimi “var olan Rəbbə and olsun” deyib Mənim adımla and içsələr, o zaman xalqımın arasında sakin olacaqlar.17Ancaq qulaq asmasalar, o zaman belə bir milləti mütləq kökündən çıxarıb yox edəcəyəm» Rəbb belə bəyan edir.