Oxuyun

Flash Needs to be Turned On

Yeremya fəsil 20

1 Rəbbin məbədində baş nəzarətçi olan kahin İmmer oğlu Paşxur Yeremyanın bu sözlərlə peyğəmbərlik etdiyini eşitdi.2Paşxur Yeremya peyğəmbəri döydü və Rəbbin məbədinin yanındakı Yuxarı Binyamin darvazasında olan kündəyə saldı.3Ertəsi gün Paşxur Yeremyanı kündədən çıxartdı. Yeremya ona dedi: «Rəbb sənin adını Paşxur deyil, Maqor-Missaviv qoydu.4Çünki Rəbb belə deyir: “Bax Mən səni özün və bütün səni sevənlər üçün dəhşətə çevirəcəyəm. Onlar öz düşmənlərinin qılıncı ilə həlak olacaq və sənin gözlərin bunu görəcək. Bütün Yəhudanı Babil padşahına təslim edəcəyəm. O, xalqı Babilə sürgün edəcək və qılıncla həlak edəcək.5Bu şəhərin bütün var-dövlətini, qazancını, qiymətli şeylərini və Yəhuda padşahlarının bütün xəzinələrini düşmənlərə təslim edəcəyəm. Onları qarət edəcəklər, götürüb Babilə aparacaqlar.6Sən Paşxur və evində yaşayanların hamısı Babilə sürgün olunacaqsınız. Sən və yalandan peyğəmbərlik etdiyin bütün dostların orada öləcəksiniz, orada da basdırılacaqsınız”». 7Ya Rəbb, Sən məni məcbur etdin,Mən də məcbur oldum.Sən məndən güclüsən,Sən mənə üstün gəldin.Bütün gün mənə gülürlər,Hər kəs mənimlə əylənir.8Çünki mən danışmağa başlayan kimiFəryad edib«Zorakılıq və talan!» deyə qışqırıram.Rəbbin sözündən ötrüMən bütün gün rüsvay oldum,Təhqir edildim.9Mən fikirləşdim:«Daha Onu yada salmayacağam,Onun adı ilə danışmayacağam».Onda Onun sözü sümüklərimdə həbs edilən,Ürəyimdə yanan bir od oldu.Onu içimdə saxlamaqdan yoruldum,Artıq bunu edə bilmirəm.10Çünki çoxlarının«Hər tərəfdə dəhşət!Onu mühakimə edin,Biz də onu mühakimə edək!»Deyə pıçıldaşdığını eşitdim.Bütün güvəndiyim adamlarBüdrəməyimi gözləyərək«Bəlkə aldanar, onda onu məğlub edərik,Ondan qisasımızı alarıq» dedilər.11Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir.Buna görə də məni təqib edənlər büdrəyəcək,Qalib gələ bilməyəcək.Uğur qazana bilmədikləri üçünBöyük xəcalət çəkəcəklər.Rüsvayçılıq əbədi olacaq,Heç vaxt unudulmayacaq.12Ancaq, ey Ordular Rəbbi,Sən salehi sınağa çəkirsən,Fikri və ürəyi görürsən.Qoy gözüm Sənin onlardan alacağınQisası görsün!Çünki işimi Sənə tapşırdım.13Rəbbi tərənnüm edin,Rəbbə həmd edin!Çünki fəqiriZalımların əlindən qurtardı.14Doğulduğum gün lənətə gəlsin!Anamın məni doğduğu günəBir daş düşsün!15Atamı çox sevindirərək«Bir oğlan uşağın oldu!»Deyə müjdə verən adamLənətə gəlsin.16Qoy o adam RəbbinYazığı gəlməyib dağıtdığıŞəhərlər kimi olsun!Səhər fəryad,Günorta nalə eşitsin.17Çünki bətndə ikən məni öldürmədi.Onda anamın qarnı qəbrim olardı,Bətni daim hamilə qalardı.18Nə üçün ana bətnindən çıxdım?Əzab-əziyyət görmək,Ömrümü rüsvayçılıqla keçirmək üçünmü?