Flash Needs to be Turned On
1
Bu, millətlər barədə Yeremya peyğəmbərə nazil olan Rəbbin sözüdür.2Misir haqqında, Misir padşahı firon Nekonun ordusu barədə nazil olan sözdür. Bu ordu Fərat çayı sahilində olan Karkemişdə idi. Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Babil padşahı Navuxodonosor onu məğlub etdi.3«Qalxan və sipər hazırlayıbDöyüşə girin!4Atlarınızı yəhərləyin,Ayğırlarınıza minin, ey atlılar!Dəbilqə geyinib sıraya düzülün,Nizələrinizi itiləyib zireh geyinin!5Nə üçün mən bunu gördüm?Onlar dəhşətə düşüb geri döndü,Döyüşçüləri məğlub oldu,Tez qaçıb heç geriyə də baxmadı.Hər tərəfdə dəhşət var!»Rəbb belə bəyan edir.6«Bərk qaçan qaça bilməyəcək,Güclü qurtula bilməyəcək.Şimalda Fərat çayı sahilindəBüdrəyib yıxılacaqlar.7Nil kimi qalxan,Suları sel kimi çalxalanan kimdir?8Nil kimi qalxan,Suları sel kimi çalxalanan Misirdir.O deyir: “Qalxıb yer üzünü basacağam.Şəhərləri və orada yaşayanları həlak edəcəyəm”.9Ey atlar, şahə qalxın!Ey döyüş arabaları, dəli kimi cumun!Ey qalxanla silahlanmış Kuş və Put döyüşçüləri,Kaman götürən və onu çəkən Ludlular, irəli gedin!10O gün Ordular Rəbbi Xudavəndin günüdür,Düşmənlərindən qisas alması üçünQisas günüdür.Onları qılınc yeyib-doyacaq,Qanlarını içib susuzluğunu yatıracaq.Çünki şimal ölkəsində, Fərat çayı sahilindəOrdular Rəbbi Xudavənd qurban kəsir.11Ey bakirə qıza bənzəyən Misir,Gileada çıx, məlhəm al.Çoxlu dərman içməyin əbəsdir,Sənin dərdinə əlac yoxdur.12Millətlər sənin rüsvayçılığını eşitdi,Fəryadın yer üzünü bürüdü.Çünki döyüşçü döyüşçünü büdrətdi,İkisi də birdən yıxıldı». 13Babil padşahı Navuxodonosorun gəlib Misir torpağına hücum edəcəyi barədə Rəbb Yeremya peyğəmbərə bu sözləri nazil etdi:14«Misirdə bildirin,Miqdolda eşitdirin,Nofda və Taxpanxesdə elan edib deyin:“Qalx və hazırlaş,Çünki ətrafında olanlarıQılınc yeyib-qurtardı”.15Cəngavərlərin nə üçün yerə yıxıldı,Dayana bilmədi?Çünki Rəbb onu yerə vurdu.16Dəfələrlə büdrədilər,Bir-birlərinin üstünə yıxılıb dedilər:“Qalxın zalımların qılıncından qaçıbÖz xalqımızın yanına,Doğma vətənimizə qayıdaq”.17Orada onlar bağırdılar:“Misir padşahı firon boşboğazdır,O, fürsəti əldən verdi”.18Adı Ordular Rəbbi olan Padşah bəyan edir:“Varlığıma and olsun ki,Tavor və dəniz sahilindəki Karmel dağlarıDağlar arasında necə nəzərə çarparsa,Gələn şəxs də elə olacaq.19Ey Misirdə yaşayan,Sürgünə getmək üçün əşyalarını hazırla.Çünki Nof viran olub yanacaq,İçində bir sakin qalmayacaq.20Misir çox gözəl bir düyədir,Ancaq şimaldan üstünə mozalan gəlir.21Onun muzdlu əsgərləri dəBəslənmiş dana kimidir.Onlar üz çevirib birlikdə qaçdı,Yerlərində durmadı.Çünki fəlakətlərinin günü,Cəzalarının vaxtı gəlmişdi.22Sürünən ilan kimi fışıltıları gəlir,Çünki ordu ilə irəliləyirlər,Ağac kəsənlər kimi ona qarşıBalta ilə gəlirlər.23Keçilməz olsa da,Yenə meşəni kəsəcəklər”Rəbb belə bəyan edir.“Çünki onlar çəyirtkələrdən çoxdur,Hesaba gəlməzlər.24Misir utandırılacaq,Şimal xalqına təslim ediləcək”. 25İsrailin Allahı olan Ordular Rəbbi deyir: “Mən No şəhərinin allahı Amonu, fironu, Misiri, onun allahlarını, padşahlarını və firona güvənənləri cəzalandıracağam.26Canlarını almaq istəyənlərə – Babil padşahı Navuxodonosora və onun əyanlarına təslim edəcəyəm. Ancaq sonra əvvəllər olduğu kimi adamlar yenə Misirdə yaşayacaq” Rəbb belə bəyan edir. 27“Qorxma, ey qulum Yaqub, Dəhşətə düşmə, ey İsrail.Çünki səni uzaq yerlərdən,Nəslini sürgün olunduğu ölkədən qurtaracağam.Yaqub geri qayıdacaq,Rahatlıq tapıb qayğısız olacaq,Onu qorxudan olmayacaq.28Qorxma, ey qulum Yaqub,Çünki Mən səninləyəm”Rəbb belə bəyan edir.“Səni aralarına sürgün etdiyimMillətlərin hamısını yox etsəm də,Səni tamamilə məhv etməyəcəyəm,Ədalətlə tərbiyələndirəcəyəm.Amma cəzasız qoymayacağam”».