Flash Needs to be Turned On
1Rəbb belə deyir: «Mən Babildə və Lev-Qamayda yaşayanlara qarşı Həlakedici bir külək əsdirəcəyəm.2Babilə taxılsovuranlar göndərəcəyəm, Onu sovurub ölkəsini boş qoyacaqlar,Qara gündə hər yandan ona hücum edəcəklər.3Oxçu kamanını çəkməsin,Zirehini geyməsin.Onun cavanlarına rəhm etməyin,Ordusunu tamamilə məhv edin.4Öldürülənlər Xaldey ölkəsində,Yaralılar Babil küçələrindəYerə səriləcək.5Ancaq İsrailin Müqəddəsinə qarşıÖlkələri təqsirlə dolduğu haldaÖzlərinin Allahı Ordular Rəbbiİsrail və Yəhuda xalqlarını tərk etmədi.6Babilin içindən qaçın! Hər kəs canını qurtarsın!Onun günahına görə məhv olmayın.Çünki Rəbbin qisas zamanıdır,Ona öz əvəzini verəcək.7Babil Rəbbin əlində bir qızıl kasa idi, Bütün dünyanı sərxoş edirdi.Millətlər onun şərabını içdi,Ona görə də çılğınlaşdı.8Babil qəflətən düşüb parça-parça olacaq, Onun üçün yas tutun!Yarasına məlhəm sürtün,Bəlkə şəfa tapar.9Babilə şəfa vermək istədik, Amma sağalmadı.Onu tərk edək,Hər birimiz öz ölkəmizə qayıdaq.Çünki Babilin hökmü göylərə çatır,Buludlara qədər yüksəlir.10Rəbb bizə bəraət verdi.Gəlin Allahımız Rəbbin nələr etdiyiniSionda elan edək!11Oxları itiləyin,Kaman qablarını doldurun!Rəbb Midiya padşahlarını hərəkətə gətirdi.Məqsədi Babili yox etməkdir,Rəbb Öz qisasını, məbədinin qisasını alacaq.12Babil divarlarına qarşıBayraq yüksəldin!Keşikçiləri çoxaldın,Növbətçiləri öz yerinə qoyun,Pusquda durun.Çünki Rəbb Babildə yaşayanlara qarşıHəm niyyət qurdu,Həm də söylədiyini yerinə yetirdi.13Ey axar suların sahilində yaşayanlar, Çoxlu xəzinələri olanlar,Axırınız gəldi,Vaxtınız yetişdi».14Ordular Rəbbi öz varlığına and içdi:«Səni çəyirtkə sürüsü ilə dolduran kimiMütləq əsgərlərlə dolduracağam,Sənə qarşı zəfər nərəsi çəkəcəklər». 15Rəbb qüdrəti ilə yer üzünü yaratdı,Hikməti ilə dünyanı qurdu,Dərrakəsi ilə göyləri yaydı.16O gurlayanda göydəki sular çağlayır, Yerin ucqarlarından buludları yüksəldir,Yağış üçün şimşək çaxdırır,Anbarlarından külək çıxarır.17Hər kəs ağılsız oldu,Bilikləri qalmadı.Hər zərgər düzəltdiyi bütdən utanacaq,Çünki onun tökdüyü büt puçdur,Onda nəfəs yoxdur.18Onlar boş şey, masqaraçıların işidir,Cəza vaxtı məhv olacaqlar.19Yaquba Nəsib Olan isə onlara bənzəməz,Çünki irs qəbiləsi ilə birgəHər şeyi yaradan Odur.Onun adı Ordular Rəbbidir.20«Sən mənim toppuzum, döyüş silahımsan,Səninlə millətləri qırıram,Səninlə padşahlıqları məhv edirəm.21Səninlə atları və süvariləri qırıram,Səninlə döyüş arabaları və minicilərini qırıram,22Səninlə kişi və qadınları qırıram,Səninlə qoca və cavanları qırıram,Səninlə gənc oğlan və qızları qırıram.23Səninlə çoban və sürüsünü qırıram,Səninlə əkinçi və öküzlərini qırıram,Səninlə valilərlə vəkilləri qırıram.24Amma Babildə və Xaldey ölkəsində yaşayanlaraSionda etdikləri bütün pis əməllərinin əvəziniGözlərinizin önündə verəcəyəm»Rəbb belə bəyan edir.25«Budur, sənə qarşıyam,Ey həlak edən dağ»Rəbb belə bəyan edir.«Ey bütün dünyanı həlak edən!Sənə əlimi qaldırıbQayanın başından yuvarlayacağam,Səni yanmış bir dağa çevirəcəyəm.26Səndən künc və təməl daşı götürməyəcəklər,Sən əbədi bir viranə olacaqsan»Rəbb belə bəyan edir.27«Yer üzündə bayraq qaldırın!Millətlər arasında şeypur çalın!Millətləri Babilə qarşı döyüşə hazırlayın!Urartu, Minni və Aşkenaz padşahlıqlarınıOna qarşı toplayın.Ona qarşı bir sərkərdə təyin edin,Üstünə çəyirtkə sürüsü qədər atlar göndərin.28Millətləri – Midiya padşahlarını,Valilərini və bütün vəkillərini,Başçılıqları altındakı bütün ölkələriBabilə qarşı döyüşə hazırlayın!29Ölkə titrəyib lərzəyə gəlir!Çünki Rəbbin Babilə qarşı niyyəti –Oranı sakinsiz bir viranəyə çevirmə niyyətiYerinə yetməlidir.30Babil döyüşçüləri vuruşmaqdan əl çəkdi,Öz qalalarında oturdu.Gücləri tükəndi,Ürkək qadınlara döndülər.Yaşadıqları yerlər oda verildi,Darvaza sürgüləri qırıldı.31Qasid qasid dalınca,Xəbərçi xəbərçi dalınca qaçıbBu xəbəri Babil padşahına çatdırır:“Şəhər hər tərəfdən alındı,32Çay keçidləri tutuldu,Qamışlıqlar yandırıldı,Döyüşçülər çaşqınlığa düşdü”».33İsrailin Allahı olan Ordular Rəbbi belə deyir:«Vaxtı gələndə xırman yeri necə tapdalanırsa,Babil xalqı da elə olacaq.Qısa müddətdən sonraOnun da biçin zamanı gələcək».34«Babil padşahı NavuxodonosorBizi əzib yedi,Boş bir qaba çevirdi.Canavar kimi uddu,Gözəl yeməklərimizlə qarnını doydurdu.Sonra bizi qusdu.35Bizə və əhalimizə qarşı edilən zorakılıqBabilin başına gəlsin»Deyir Sion sakini.«Tökülən qanımızın haqq-hesabıQoy Xaldeylilərdən soruşulsun»Deyir Yerusəlim.36Buna görə Rəbb belə deyir:«Məhkəmədə işinizə Mən baxacağam,Qisasınızı Mən alacağam.Onun çayını qurudacaq,Bulağının suyunu kəsəcəyəm.37Babil daş qalaqlarına,Çaqqal yuvasına dönəcək.Dəhşət hədəfi olacaq,İstehza ilə ona fit çalacaqlar.Orada heç kəs yaşamayacaq.38Xalqı cavan aslanlar kimi kükrəyəcək,Şir balaları kimi nərildəyəcək.39Ancaq qızışdıqları vaxtZiyafət düzəldib onları sərxoş edəcəyəm.Qoy keflənsinlər,Əbədi yuxuya dalsınlar,Heç vaxt oyanmasınlar»Rəbb belə bəyan edir.40«Onları quzu, qoç və təkə kimiKəsməyə aparacağam.41Şeşak necə alındı! Bütün dünyanın qürurlandığı yerNecə dəhşətli hala düşdü.Babil millətlər arasındaNecə dəhşətli hala düşdü!42Babili çay basacaq,Onu gurlayan dalğalar örtəcək.43Qəsəbələri viran olacaq,Torpaqları heç kəsin yaşamadığı,Bəşər oğlunun keçmədiyiQuraq bir çölə dönəcək.44Babildə Bel bütünü cəzalandıracağam,Udduğunu ona qusduracağam.Artıq millətlər oraya axın-axın gəlməyəcək,Babil divarı da yıxılacaq.45Oradan çıx, ey xalqım! Hamınız canınızı qurtarın!Rəbbin qızğın qəzəbindən qaçın!46Ölkədə eşitdiyiniz şayiələrə görəCəsarətinizi itirib qorxmayın.Bir il bir şayiə gəlir,O biri il başqası.Ölkədə zorakılıq,Başçının başçıya qarşı çıxması barədəŞayiələr yayılır.47Buna görə də yəqin kiBabilin bütlərini cəzalandıracağım günlər gəlir.Bütün ölkə utandırılacaq,Öldürülənləri onun ortasında yerə səriləcək.48O zaman yer, göy və onlardakı hər şey Babilin başına gələnlərə sevinəcək.Çünki şimaldan gələn məhv edənlərOna hücum edəcək»Rəbb belə bəyan edir.49«İsrailin öldürülənlərinə görə Babil də məhv olmalıdır,Necə ki yer üzündə öldürülən hər kəsBabilə görə məhv oldu.50Ey qılıncdan qurtulanlar,Qaçın, ləngiməyin!Rəbbi uzaqdan yada salın,Yerusəlim barədə düşünün!»51Biz utandıq,Çünki təhqir eşitdik,Üzümüzü rüsvayçılıq örtdü.Çünki yadellilər Rəbbin məbədininMüqəddəs yerlərinə girdi.52«Buna görə də bütləriniCəzalandıracağım günlər gəlir,Bütün ölkədə yaralılar inildəyəcək»Rəbb belə bəyan edir.53«Babil göylərə çıxsa da,Ucalardakı qalasını möhkəmləndirsə də,Məhv edənləri üstünə göndərəcəyəm»Rəbb belə bəyan edir.54«Babildən fəryad,Xaldey ölkəsindən böyük qırğın səsi eşidilir.55Çünki Rəbb Babili məhv edir,Onun hay-küyünü susdurur.Düşmən dalğaları axar sular kimi kükrəyir,Səslərinin gurultusu ucalır.56Çünki Babilə qarşı bir məhv edən çıxacaq,Döyüşçüləri əsir tutulacaq,Kamanları qırılacaq.Çünki Rəbb əvəz verən bir Allahdır,Mütləq cəzalandıracaq.57Babil başçılarını, müdriklərini,Valilərini, vəkillərini, döyüşçüləriniElə sərxoş edəcəyəm ki,Əbədi yuxuya dalacaq,Heç vaxt oyanmayacaqlar»Adı Ordular Rəbbi olan Padşah belə bəyan edir.58Ordular Rəbbi deyir:«Babilin qalın divarları yerlə yeksan ediləcək,Uca darvazaları oda veriləcək.Xalqlar boş-boşuna zəhmət çəkir,Ümmətlərin çəkdiyi əziyyətOda təslim ediləcək». 59Yəhuda padşahı Sidqiyanın padşahlığının dördüncü ilində ordu təsərrüfatçısı Maxseya oğlu Neriya oğlu Seraya, Sidqiya ilə birgə Babilə gedərkən Yeremya peyğəmbər ona bu əmri tapşırdı.60Yeremya Babilin başına gələcək bütün fəlakətləri, Babil barədə yazılmış bütün bu sözləri bir tumara yazdı.61Yeremya Serayaya dedi: «Babilə çatanda bütün bu sözləri oxumağı unutma.62De ki: “Ya Rəbb, buranı dağıdacağını, içində insanın da, heyvanın da yaşamayacağını, ölkənin əbədi viran qalacağını söylədin”.63Bu tumarı oxuyub qurtaranda sən ona bir daş bağlayıb Fərat çayının ortasına at və64söylə: “Qoy Babil də belə batsın və Mənim onun başına gətirəcəyim fəlakətdən bir daha çıxa bilməsin, qoy onlar taqətdən düşsün”».