Flash Needs to be Turned On
1Qızıl necə də tutqunlaşdı,Saf qızıl parıltıdan düşdü.Müqəddəs daşlarHər küçə başına dağılmışlar.2Sion övladları tərəziyə qoyulandaSaf qızıldan da qiymətli idi.İndi isə onlar saxsı qablara,Dulusçunun əl işinə bərabər olublar.3Çaqqallar belə, balalarına əmcək verir,Onları əmizdirir.Əziz xalqım isə insafı atır,Səhra dəvəquşularına oxşayır.4Südəmər körpənin diliSusuzluqdan damağına yapışır.Uşaqlar yemək istəyir, verən yoxdur.5Ən ləziz yeməkləri yeyənlərİndi küçələrdə taqətdən düşüblər.Al rəngli paltar geyib-böyüyənlərZibillikdə yatırlar.6Axı əziz xalqımın təqsiri Sodomun günahını keçdi,Bu şəhər əl toxunmadanBir andaca yerlə yeksan oldu.7Yerusəlimin başçıları qardan da təmiz idi,Süddən də bəyaz idi,Vücudları qıpqırmızı yaqut kimi idi,Zahirən göy yaquta bənzəyirdi.8İndisə üzləri kömür kimi qaralıb,Küçələrdə heç birini tanımaq olmur,Onlar cılızlaşaraq bir sümük, bir də dəri qalıb,Ağac kimi quruyub.9Bu aclığın qurbanındansaQılınc qurbanı olan bəxtiyardır.Zəminin məhsulundan məhrum olmuşdular,Əriyən canlarında can qalmayıb.10Hətta ən qəlbiyumşaq qadınlar Öz əlləri ilə balalarını bişirirdi.Əziz xalqım qırılarkənBalalarının ətini yeyirdi.11Rəbb hiddətini boşaltdı,Qızğın qəzəbini yağdırdı,Sionda alovunu alışdırdı,Onu təməlinədək yandırıb-yaxdı.12Dünyada heç bir padşah inanmazdı ki,Yerusəlimin darvazalarından keçibYağılar və düşmənlərBu şəhəri zəbt edər.13Bu iş şəhərdə salehlərin qanının tökülməsiPeyğəmbərlərin günahları, kahinlərin təqsirləri üzündən oldu,14Kor kimi küçələrdə dolanırdılar,Qanla murdar oldular,Onların libaslarına belə,Kimsə toxuna bilməz.15İnsanlar onlara qışqırır: «Ey murdarlar, rədd olun!İtilin buradan, bizə dəyməyin, rədd olun!»Onlar qaçqın, sərgərdan dolanarkənBaşqa millətlər deyir: «Bunlar burada qalmasın!»16Rəbb Özü onları pərən-pərən saldı,Onlara yenidən baxmaz,O daha kahinlərə hörmət etmir,Ağsaqqallara xeyirxahlıq göstərmir.17Hər an boş yerə yardım gözləməkdənGözlərimiz taqətdən düşdü,Bizi qurtara bilməyən millətiHey gözlədik, gəlmədi.18Ardımızca düşmən düşüb,Küçələrdə gəzə bilmirik.Sonumuz çatdı, günlərimiz bitdi,Aqibətimiz sona yetdi.19Bizi təqib edənlərGöylərdəki qartallardan sürətlidirlər,Dağlarda ardımızca düşdülər,Pusqu qurub səhrada gözlədilər.20Rəbbin məsh etdiyi, həyatımızın nəfəsiOnların xəndəklərində yaxalandı,Halbuki deyirdik: «Onun kölgəsindəMillətlərin içində yaşayacağıq».21Ey Us ölkəsində yaşayan Edom xalqı,Sevin, fərəhlən!Sən də bu kasadan içəcəksən,Sərxoş olub, çılpaq qalacaqsan.22Ey Sion qızı, təqsirinin cəzası sona çatdı,Rəbb səni bir daha sürgünə göndərməyəcək,Ey Edom xalqı, təqsirini cəzasına çatdıracaq,Günahlarını meydana çıxaracaq.