Oxuyun

Flash Needs to be Turned On

Yezekel fəsil 19

1 Sən İsrail rəhbərləri üçün mərsiyə oxuyub söylə:2“Sənin anan nə idi?Şirlər arasında dişi bir şir!O, cavan aslanların içində yatardı,Balalarını bəsləyərdi.3O, balalarından birini böyütdü,Bala cavan bir şir oldu.Şikar etməyi öyrəndi,Adamları yeməyə başladı.4Millətlər onun xəbərini eşitdi,Bu şir onların quyusuna düşüb ələ keçdi.Burnuna halqa taxıb onuMisir torpağına gətirdilər.5Dişi şir boş yerə gözlədiyini,Ümid qalmadığını görəndəBalalarından birini götürübCavan bir şir etdi.6Bu bala şirlər arasında gəzirdi.O da cavan bir şir olubŞikar etməyi öyrəndi,Adamları yeməyə başladı.7Onların qəsrlərini dağıtdı, Şəhərlərini viran etdi.Bu şirin nərə səsindənÖlkə və onun əhalisi dəhşət içində idi.8Ətraf ölkələrin millətləriOnun üstünə gəldi,Öz torlarını üzərinə atdı,Bu şir onların quyusuna düşüb ələ keçdi.9Onun burnuna halqa taxıb qəfəsə saldılar.Onu Babil padşahının yanına gətirdilər.Sonra qalaya saldılar ki,İsrail dağları üzərindəBir daha səsi eşidilməsin.10Sənin anan da çay kənarındakı bağındaƏkilmiş bir üzüm tənəyi kimi idi.Bol sulardan bəhərli oldu,Çoxlu qol-budaq verdi.11Onun budaqlarıPadşah əsası olacaq qədər gücləndi,Boyu hündür ağaclara qədər ucaldı,Onun çoxlu budaqları iləHündürlüyü görünürdü.12Ancaq onu qəzəbləKökündən çıxarıb yerə atdılar,Şərq küləyi onun meyvəsini qurutdu,Möhkəm budaqları qoparıldı,Onlar qurudu,Onları od yandırıb-yaxdı.13O indiÇöldə, quraq və susuz torpaqda əkildi.14Gövdəsinin bir budağından od çıxdı,Onun meyvəsini yandırıb-yaxdı.Onda padşah əsası olmaq üçünBir möhkəm budaq da qalmadı”.