Oxuyun

Flash Needs to be Turned On

Huşə fəsil 2

1Qardaşlarınızı “xalqım”, bacılarınızı isə “mərhəmət tapmış” deyə çağırın. 2Qınayın siz ananızı, qınayın,Çünki o Mənim arvadım deyil,Mən də onun əri deyiləm.Qoy üzündə görünən fahişəliyi,Qoynunda olan xəyanəti atsın.3Yoxsa onu çıl-çılpaq soyundurubLüt, anadangəlmə edəcəyəm.Mən onu səhra, quru torpaq kimi edəcəyəm,Susuzluqdan öldürəcəyəm.4Onun balalarına da rəhm etməyəcəyəm,Çünki onlar da xəyanət övladıdır.5Onların anası zina etdi.Onlara hamilə qalan qadın rəzillik etdi,Çünki dedi: “Oynaşlarımın dalınca gedəcəyəm,Axı çörəyimi, suyumu, yunumu, kətanımı,Zeytun yağımı və içkimi verən onlardır”.6Buna görə də onun yolunu qanqallarla kəsibÖnünə hasar çəkəcəyəm.Öz yolunu tapa bilməyəcək.7Oynaşlarının dalınca gedəcək,Ancaq onlara çatmayacaq.Onları axtaracaq,Ancaq tapmayacaq.O zaman deyəcək:“Qoy öz əvvəlki ərimin yanına qayıdım,Çünki o vaxt halım indikindən yaxşı idi”.8Amma o bilmirdi ki,Ona taxılı, təzə şərabı,Zeytun yağını verən Mənəm.Baal bütü üçün sərf etdikləriQızıl-gümüşü çoxaldan Mənəm.9Buna görə də öz vaxtında taxılımı,Öz mövsümündə təzə şərabımı geri alacağam.Onun çılpaqlığını örtmək üçün verdiyimYunu və kətanı əlindən alacağam.10İndi oynaşlarının önündəOnun ayıbını üzə çıxaracağam.Kimsə onu əlimdən qurtara bilməyəcək.11Onda olan bütün şadlıqlara,Bayramlara, Təzə Ay mərasimlərinə,Şənbə günlərinə və bütün təntənələrə son qoyacağam.12Onun meynələrini və əncir ağaclarını məhv edəcəyəm.O bunlar barədə deyirdi:“Bu, oynaşlarımın mənə verdiyi muzddur”.Bağlarını tikanlığa çevirəcəyəm,Çöl heyvanlarına yem olacaqlar.13Baal bütlərinə buxur yandırdığı günlər üçünOnu cəzalandıracağam.O vaxt halqalar və cəvahiratla özünü bəzəyərəkOynaşlarının dalınca getmiş,Məni isə unutmuşdu»Rəbb belə bəyan edir.14«Amma Mən onu dilə tutubSəhraya aparacağam,Onun ürəyincə olan sözlər deyəcəyəm.15Orada ona üzüm bağları verəcəyəm, Akor vadisini ümid qapısına çevirəcəyəm. Cavanlıq günlərində olduğu kimi,Misir torpağından çıxdığı gün kimiOrada nəğmə oxuyacaq».16Rəbb bəyan edir: «Həmin günMənə “ərim” deyəcəksən,Artıq “ağam” deməyəcəksən.17Baal bütlərinin adını dilindən siləcəyəm,Onların adı bir də yada salınmayacaq.18O gün sənin asayişin üçünÇöl heyvanları, göy quşları vəYerdə sürünənlərlə əhd kəsəcəyəm.Ölkədən kamanı, qılıncı,Müharibəni götürəcək,Səni əmin-amanlıqda yatıracağam.19Səni əbədi olaraq Özümə nişanlayacağam,Salehlik, ədalət, məhəbbət və mərhəmətləSəni özümə nişanlayacağam.20Səni sədaqətlə Özümə nişanlayacağam,Sən də Rəbbi tanıyacaqsan».21Rəbb bəyan edir: «O gün hay verəcəyəm,Göylərə hay verəcəyəm,Onlar da yerə hay verəcək.22Yer isə taxıla, təzə şəraba vəZeytun yağına hay verəcək,Onlar da İzreelə hay verəcək.23Xalqımı ölkədə Özüm üçün əkəcəyəm, “Mərhəmət tapmamış” dediyiməMərhəmət edəcəyəm.“Xalqım deyil” dediyimə“Xalqımsan” deyəcəyəm.O isə Mənə “Allahımsan” deyəcək».