Flash Needs to be Turned On
1Şeypur çalmağa hazırlaş!Rəbbin evinin üzərinəDüşmən qartal kimi hücum çəkir.Çünki İsraillilər Mənim əhdimi pozdu,Mənim qanunuma qarşı çıxdı.2Onlar Mənə fəryad edib deyəcək:“Allahım, biz İsraillilər Səni tanıyırıq”.3İsrail yaxşılığı rədd etdi,Düşmən onu təqib edəcək.4Məndən soruşmadanÖzlərinə padşah qoydular.Məndən xəbər almadanBaşçılar seçdilər.Özlərinə qızıl və gümüşlərindənÖlümlərinə yol açanBütlər düzəltdilər.5Ey Samariya, dana bütün rədd edildi!Mənim qəzəbim onlara qarşı alovlandı.Nə vaxta qədər onlar pak olmayacaq?6Çünki bu büt İsrailin işidir,Usta onu düzəldib,Ona görə də Allah deyil.Samariyadakı dana bütüXıncım-xıncım olacaq.7Onlar külək qaldırdı,Qasırğa alacaqlar.Sünbül bitirməyən buğda un verməz,Versə də, yadlar onu udacaq.8İsrail udulmuşdur,İndi onlar millətlər arasındaHeç kəsin bəyənmədiyi bir qab kimi oldu.9Onlar tənha gəzən vəhşi eşşək kimiAşşur tərəfə getdi.Efrayim muzdla özünə oynaşlar tutdu.10Onlar millətlər arasında muzdla oynaş tutsalar da,Mən indi onları bir yerə toplayacağam.Onlar qüdrətli padşahın zülmündənAzalmağa başlayacaq.11Efrayim günah təqdimi üçünÇoxlu qurbangah tiksə də,Bunlar onu günaha batıran qurbangahlar oldu.12Mən onlar üçün çoxlu qanun yazdım,Onlarsa bunları yad bir şey hesab etdi.13Mənə kəsilən qurbanlara gəlincə, Əti Mənə qurban gətiribÖzləri yeyir.Rəbb onlardan razı deyil.İndi onların qəbahətlərini yada salacaq,Günahlarına görə onları cəzalandıracaq.Onlar Misirə qayıdacaq.14İsrail də Yaradanını unutdu,Özünə saraylar qurdu.Yəhuda da çoxlu qalalı şəhər tikdi,Ancaq Mən onun şəhərlərinə od göndərəcəyəm,Qalalarını alov yeyəcək.