Flash Needs to be Turned On
1
O günlərdə Yəhuda və Yerusəlimin Sərvətlərini geri qaytardığım zaman2Bütün millətləri yığıbYehoşafat vadisinə endirəcəyəm. İrsim və xalqım İsraildən ötrüOrada millətləri mühakimə edəcəyəm,Çünki xalqımı millətlər arasında dağıtdılar,Torpağımı da böldülər.3Xalqım üçün püşk atdılar,Oğlan uşaqlarını fahişə əvəzinə verdilər,İçki içsinlər deyəQızları şəraba satdılar». 4«Ey Surlular, Sidonlular və bütün Filişt vilayətlərinin əhalisi, siz kimsiniz ki, Məndən qisas alasınız. Əgər siz Məndən qisas alsanız, çox tezliklə Mən sizin etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm.5Siz qızılımı və gümüşümü aldınız və qiymətli şeylərimi məbədlərinizə apardınız,6Yəhuda və Yerusəlim xalqını öz vətənlərindən uzaqlaşdırmaq üçün Yunan xalqına satdınız.7Amma Mən onları satdığınız yerdən götürəcəyəm, etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm.8Oğul-qızlarınızı Yəhuda xalqına satacağam və Yəhuda xalqı isə onları ucqar bir millətə – Səbalılara satacaq». Rəbb belə söylədi.9«Millətlər arasında bunu elan edin:Döyüşə hazırlaşın,İgidləri qızışdırın,Bütün döyüşçülər yaxınlaşıb yuxarı çıxsın.10Kotanlarınızdan qılınc, Dəryazlarınızdan nizə düzəldin.Qoy zəif olan “güclüyəm” desin.11Tələsin, ey hər tərəfdəki millətlər,Gəlin və toplaşın.Ya Rəbb, igidlərini oraya endir.12Millətlər hərəkətə gələrəkYehoşafat vadisinə çıxsın,Çünki hər tərəfdəki bütün millətləriMühakimə etmək üçün orada oturacağam.13Oraq çalın, Çünki məhsul yetişib.Gəlin ayağınızla əzin,Çünki üzümsıxanlar doludur,Təknələr daşır.Çünki onların pisliyi böyükdür».14Kütlələr, mühakimə vadisində olan kütlələr,Çünki mühakimə vadisində Rəbbin günü yaxındır!15Günəş və ay qaralır,Ulduzlar işıqlarını gizlədir.16Rəbb Siondan nərə çəkəcək, Yerusəlimdən guruldayacaq,Göy və yer sarsılacaq.Lakin Rəbb Öz xalqı üçün sığınacaq yer,İsrail övladları üçün qala olacaq. 17«O zaman biləcəksiniz ki,Müqəddəs dağım Sionda məskən salanAllahınız Rəbb Mənəm!Yerusəlim müqəddəs olacaq,Artıq yadellilər oradan keçməyəcək.18O gün belə olacaq:Dağlardan şirin şərab damacaq,Təpələrdən süd axacaq,Yəhudanın bütün dərələrində sular axacaq.Rəbbin evindən bir qaynaq çıxacaq,Əbrişimlər vadisini sulayacaq.19Yəhuda xalqına qəddarlıq etdiyinə,Torpaqlarında günahsız qan tökdüyünə görəMisir viran qalacaq,Edom izsiz bir səhra olacaq.20Lakin Yəhuda əbədi qalacaq,Yerusəlim nəsildən-nəslə keçəcək.21Onların tökdüyü qanlarıİndiyə qədər bağışlamamışam,Lakin bundan sonra bağışlayacağam.Rəbb Sionda məskən salır».