Oxuyun

Flash Needs to be Turned On

Mikeya fəsil 2

1Yatağında şər niyyətdə olanların,Yamanlıq üçün qəsd quranların vay halına!Onların gücü buna çatdığına görəOna səhər tezdən əməl edirlər!2Tarlalara tamah salıb mənimsəyirlər,Evlərə göz dikib sahib dururlar.Ev sahibi ilə ailəsinə zülm edirlər,Adamları mirasından məhrum edirlər!3Buna görə də Rəbb belə deyir:«Bu xalqa bəla gətirməyə hazırlaşıram,Ondan boyun qaçıra bilməyəcəksiniz.Siz bir daha dikbaş gəzməyəcəksiniz,Çünki pis zaman gəlir.4O gün sizi lağa qoyub,Belə yanıqlı mərsiyə oxuyacaqlar:“Biz tamam məhv olduq!Rəbb xalqımın payını dəyişdirdi,Onu necə məndən uzaqlaşdırdı,Tarlamızı satqınlara payladı”.5Buna görə ölkə yenə püşklə bölünsə də,Rəbbin camaatı arasında sizə pay verəcək kimsə olmayacaq».6Adamlar deyir:«Vəz etməyin,Bu işlər barədə vəz etməyin,Rüsvay olmayacağıq!»7Ey Yaqub nəsli, belə deyilirmi:«Məgər Rəbbin səbri tükəndi?O belə şeylər edərmi?»Mənim sözlərim düzgün yolla gəzənlərin xeyrinə deyilmi?8Dünən xalqım idiniz,Bu gün isə Mənə düşmən oldunuz.Müharibədən qayıdanların,Yoldan sakit keçənlərinƏynindən paltarlarını alıbOnları soyursunuz.9Xalqımın qadınlarınıRahat evlərindən qovursunuz,Uşaqlarını Mənim verdiyim bərəkətdənƏbədilik məhrum edirsiniz.10Qalxın gedin,Çünki bura istirahət yeri deyil.Bu yer murdarlandığına görəDəhşətli surətdə darmadağın olacaq.11Əgər bir adam hiyləgər ruhla gəlib yalan vəz edib desə:«Sənə vəz edim, şərab və başqa kefləndirici içkiniz bol olacaq»,Bu adam xalqın vaizi olar!12Ey Yaqub övladları,Mən mütləq hamınızı bir yerə yığacağam,İsrailin sağ qalanlarını toplayacağam.Sizi ağıldakı qoyun-keçi kimi bir yerə yığacağam.Otlaqdakı sürü kimi ölkəniz adamlarla dolacaq.13Azad edən qalxacaq,Sağ qalanların yolunu açacaq.Onlar darvazanı qıracaq,Oradan keçib-çıxacaq.Padşahları onların qabağında gedəcək,Rəbb önlərində gedəcək.