Flash Needs to be Turned On
1Ey qoşunlar qızı, indi qoşunlarını topla!Bizi dövrəyə alıblar,İsrail hökmdarının üzünə dəyənəklə vuracaqlar.2Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sənYəhuda nəsillərinin kiçiyi olsan da,Mənim üçün İsrail üzərindəHökmdar səndən çıxacaq.Onun nəsli çox qədimlərə,Zamanın başlanğıcına gedir».3Hamilə qadın doğana qədərRəbb Öz xalqını təslim edəcək.İsrail övladlarının yanınaQalan qohumları qayıdacaq.4Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə qalxacaq,Rəbbin gücü ilə sürüsünü otaracaq.Çünki yer üzünün qurtaracağınadək hər yerdə o böyük olacaq,5Xalq onun bəxş etdiyi sülhlə yaşayacaq. Əgər Aşşurlular ölkəmizə gələrsə,Qalalarımıza ayaq açarlarsa,Onlara qarşı başçılarımız –Xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar.6Qılıncla Aşşur torpaqlarını, Nəmrud ölkəsini viran edəcəklər.Aşşurlular torpağımıza gələndə,Sərhədimizi keçəndəBizi rəhbərlərimiz qurtaracaq.7Yaqub nəslinin sağ qalanlarıÇoxlu xalqlar arasındaHeç kimi gözləmədən,Bəşər övladlarından asılı olmadanRəbbin göndərdiyi şeh tək,Ot üzərinə tökülən leysan kimi olacaq.8Yaqub nəslinin sağ qalanlarıÇoxlu xalqların, millətlərin arasındaSanki meşə heyvanları arasındakı şir,Qoyun sürüsü arasındakı gənc aslandır.Sürünün içinə girsə, didib dağıdar,Heç kəs ondan qurtula bilməz.9Əlin düşmənlərin üzərinə qalxacaq,Ey İsrail, yağıların məhv olacaq!10«Gün gələcək» Rəbb bəyan edir,«Atlarınızı qıracağam,Döyüş arabalarınızı yox edəcəyəm.11Ölkənizdəki şəhərləri darmadağın edəcəyəm,Bütün qalalarınızı yerlə yeksan edəcəyəm.12Əlinizdəki cadugərliyi məhv edəcəyəm,Sizdə gələcəyideyənlər bir daha olmayacaq.13Sizin bütlərinizi qıracağam,Daş sütunlarınızı söküb-dağıdacağam.Əllərinizlə düzəltdiyiniz əşyayaArtıq səcdə etməyəcəksiniz.14Sizin Aşera bütlərinizi qırıb-dağıdacağam.Şəhərlərinizi viran qoyacağam.15İtaətsiz millətlərdən qəzəblə, hiddətlə qisas alacağam».