Oxuyun

Flash Needs to be Turned On

Mikeya fəsil 7

1Vay halıma!Mən bir adama bənzəyirəm ki,Yay mövsümündən sonraMeyvəsi tamam yığılmış,Tənəkləri təmizlənmiş,Nə üzüm salxımı,Nə də könlü istəyən bir dənə əncir yeməyə qalıb.2Ölkədə Allaha sadiq adam qalmadı,İnsanlar arasında doğru adam tükəndi.Hamı qan tökmək üçün pusquda durur,Qardaş qardaşa tələ qurur.3Pis işlərə əlləri zirək olur,Rəislər, hakimlər rüşvət tələb edir,Dövlətlilər istədiklərini edir,Hamısı hiylə ilə iş görür.4Bunların ən yaxşısı tikandan dəyərsizdir,Ən salehi də alaq otundan pisdir.Peyğəmbərlərin xəbərdarlıq etdiyi kimiCəza günü gəldi.İndi siz çaşbaş qalmısınız.5Qonşunuza inanmayın,Dostunuza bel bağlamayın,Hətta qoynunuzda yatan arvadınızdan belə,Ağzınızı möhkəm saxlayın.6Çünki oğul atasına xor baxır, Qız anasına, gəlin də qayınanasına qarşı qalxır.İnsanın düşməni öz ev əhli olub.7Mən isə Rəbbə baxacağam,Məni xilas edən Allahı gözləyəcəyəm.O məni xilas edəcək,Allahım məni eşidəcək.8Halıma sevinmə, ey düşmənim!Mən yıxılsam da, qalxacağam.Qaranlıqda olsam da,Rəbb mənim nurum olacaq!9Mənə bəraət qazandırıbHökmünü icra edənə qədərRəbbin qəzəbinə dözəcəyəm,Çünki Ona qarşı günah işlətdim.O sonra məni işığa çıxaracaq,Onun salehliyini görəcəyəm.10Düşmənim bunu görüb xəcalət çəkəcək.O mənə demişdi:«Allahın Rəbb haradadır?»Bu düşmənin məğlubiyyətini görəcəyəm,O, küçələrdə palçıq kimi tapdalanacaq.11Ey Yerusəlim, divarlarının bərpa günü yaxınlaşır,O gün sərhədlərin genişlənəcək.12O gün xalqın Aşşurdan,Misir şəhərlərindən,Misirdən Fərat çayına qədər uzanan torpaqlardan,Dənizdən dənizədək, dağdan dağadək,Sənin yanına qayıdacaq.13Lakin sakinlərinin əməllərinə görəYer üzü viran olacaq.14Ya Rəbb, mirasın olan sürünü –Öz xalqını çomağınla otar.O, çöldə indi tənha qalır,Ətrafında isə yaxşı otlaq var.Qoy keçmiş günlərdəki kimiBaşan və Gileadda otlasınlar.15«Misirdən çıxdığın günlərdəki kimiSizə möcüzələr göstərəcəyəm».16Millətlər bunu görəcək,Öz qüvvətlərinə görə utanacaq.Əlləri ilə ağızlarını yumacaq,Qulaqları kar olacaq.17İlan kimi torpağı yalayacaq,Əsə-əsə yuvalarından sürünənlər kimi çıxacaq.Ey Allahımız Rəbb, onlar Səndən qorxubDəhşət içində Sənə tərəf dönəcək.18Sağ qalan xalqının cəzasını aradan götürən,Üsyankarlığını bağışlayanSənin kimi Allah varmı?Qəzəbini əbədi saxlamazsan,Çünki məhəbbət göstərməyi xoşlayırsan.19Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən,Bütün günahlarımızıDənizin dərinliklərinə atacaqsan.20Qədim zamanda atalarımıza and içdiyin kimiYaqub nəslinə sədaqətini,İbrahim övladlarına məhəbbətini göstərəcəksən.