Flash Needs to be Turned On
1
Vəbadan sonra Rəbb Musaya və kahin Harun oğlu Eleazara dedi:2«Bütün İsrail övladlarının icmasını, ailələrinə görə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan İsrail övladlarını sayın».3Musa ilə kahin Eleazar İordan çayı yanında, Yerixo qarşısında Moav düzənliyində onlarla danışıb dedi:4«Rəbbin Musaya əmr etdiyi kimi iyirmi və ondan yuxarı yaşda olanları siyahıya alın!» 5İsrailin ilk oğlu Ruven, Ruvenlilər bunlardır: 6Xesron soyundan Xesron nəsli; 7Ruvenlilərin nəsilləri bunlardır, sayları 43 730 nəfər idi. 8Palunun oğlu Eliav,9Eliavın oğulları Nemuel, Datan və Aviram idi. Bunlar o Datanla Aviramdır ki, icma tərəfindən seçildi və Rəbbə üsyan edən Qorahın tərəfdarlarına qoşulub Musa ilə Haruna zidd getdilər.10Qorahla 250 yoldaşını od yandırıb yox edəndə yer yarıqları onları uddu. Qorahla birlikdə ölənlər başqalarına da bir ibrət oldu.11Qorahın nəsli isə ölmədi. 12Nəsillərinə görə Şimeonlular bunlardır: 13Zerah soyundan Zerah nəsli; Şaul soyundan Şaul nəsli;14Şimeon nəsilləri bunlardır, sayları 22 200 nəfərdir. 15Nəsillərinə görə Qadlılar bunlardır: 16Ozni soyundan Ozni nəsli; 17Arod soyundan Arod nəsli; Areli soyundan Areli nəsli.18Qad nəsilləri bunlardır, sayları 40 500 nəfərdir. 19Yəhudanın iki oğlu var idi: Er və Onan. Onlar Kənan torpağında öldülər. 20Nəsillərinə görə Yəhudalılar bunlardır: 21Peres övladları bunlardır: Xamul soyundan Xamul nəsli.22Yəhuda nəsilləri bunlardır, sayları 76 500 nəfərdir. 23Nəsillərinə görə İssakar övladları bunlardır: 24Yaşuv soyundan Yaşuv nəsli; Şimron soyundan Şimron nəsli.25İssakar nəsilləri bunlardır, sayları 64 300 nəfərdir. 26Nəsillərinə görə Zevulunlular bunlardır: Yaxleel soyundan Yaxleel nəsli.27Zevulun nəsilləri bunlardır, sayları 60 500 nəfərdir. 28Nəsillərinə görə Yusifin oğulları: Menaşşe və Efrayim. 29Menaşşe övladları bunlardır: 30Gilead övladları bunlardır: 31Asriel soyundan Asriel nəsli; 32Şemida soyundan Şemida nəsli; Xefer soyundan Xefer nəsli.33Xefer oğlu Selofxadın oğlu olmadı, amma Maxla, Noa, Xoqla, Milka və Tirsa adında qızları var idi.34Menaşşe nəsilləri bunlardır, sayları 52 700 nəfərdir. 35Nəsillərinə görə Efrayim övladları bunlardır: Taxan soyundan Taxan nəsli;36Şutelah övladları bunlardır: Eran soyundan Eran nəsli.37Efrayim övladlarının nəsilləri bunlardır, sayları 32 500 nəfərdir. Nəsillərinə görə Yusif övladları bunlardır. 38Nəsillərinə görə Binyaminlilər bunlardır: 39Şufam soyundan Şufam nəsli; 40Belanın oğulları Ardla Naaman nəslindən törənənlər bunlardır: Naaman soyundan Naaman nəsli.41Nəsillərinə görə Binyamin övladları bunlardır, sayları 45 600 nəfərdir. 42Nəsillərinə görə Dan övladları bunlardır: Bunlar Dan nəslindən törənən nəsillərdir.43Hamısı Şuxam nəslindəndir, sayları 64 400 nəfərdir. 44Nəsillərinə görə Aşerlilər bunlardır: 45Beria övladları bunlardır: 46Aşerin Serah adında bir qızı var idi. 47Aşer övladları bunlardır, sayı 53 400 nəfərdir. 48Nəsillərinə görə Naftali övladları bunlardır: 49Yeser soyundan Yeser nəsli; Şillem soyundan Şillem nəsli.50Naftali nəsilləri bunlardır, sayları 45 400 nəfərdir.51Sayılan İsrail övladlarının cəmi 601 730 kişi idi. 52Rəbb Musaya belə dedi:53«Adamların sayına görə ölkə bunlara irs olaraq bölünsün.54Sayı çox olana böyük, sayı az olana az pay verəcəksən. Siyahıya yazılanların sayına görə hər birinə düşən pay verilsin.55Ancaq torpaq püşklə bölünsün. Hər kəsin payı atalarının aid olduğu qəbilələrin adına görə olacaq.56Kiçik ya böyük – hər qəbilənin payı püşklə bölünsün». 57Nəsillərinə görə sayılan Levililər bunlardır: 58Bunlar da Levi nəsilləridir: Qohat Amramın atası idi.59Amramın arvadının adı Yokeved idi. O, Misirdə Levi nəslindən doğulmuşdu. Amramdan Harun, Musa və bacıları Məryəm doğuldu.60Harunun Nadav, Avihu, Eleazar, İtamar adlı uşaqları oldu.61Nadavla Avihu Rəbbin önündə haram od təqdim edərkən öldülər.62Levililərdən sayılan bir aylıq və ondan yuxarı yaşda bütün kişi cinsindən olanlar 23 000 nəfər idi. Bunlar o biri İsrail övladları ilə birlikdə siyahıya alınmışdı. Çünki İsrail övladları arasında onlara miras verilməmişdi. 63İsrail övladlarının siyahısı İordan çayının yanında, Yerixo qarşısındakı Moav düzənliyində Musa və kahin Eleazar tərəfindən tutuldu.64Amma Musa ilə kahin Harunun Sina səhrasında saydığı İsrail övladlarından heç kim bu siyahıda olmadı.65Ona görə ki Rəbb o vaxt siyahıya alınan İsrail övladlarının səhrada öləcəyini qətiyyətlə söyləmişdi. Onlardan Yefunne oğlu Kalevlə Nun oğlu Yeşuadan başqa kimsə sağ qalmamışdı.